Icma.az
close
up
RU
Rusiyalı rejissor: “Azərbaycanın Qorbaçovla bağlı təşəbbüsünü dəstəkləyirəm”

Rusiyalı rejissor: “Azərbaycanın Qorbaçovla bağlı təşəbbüsünü dəstəkləyirəm”

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“20 Yanvar faciəsi çirkli və siyasi cəhətdən satılmış tarixin məntiqi yekunu idi”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı Səfirliyində 20 Yanvar faciəsinin 35 illiyinə həsr olunan tədbirdə çıxış edən rusiyalı rejissor, ssenarist Lilliya Borovskaya bildirib.

Onun sözlərinə görə, faciə haqqında Rusiyada çox az bilinir. “Rusiyada Qarabağ haqqında məlumat 20 Yanvar faciəsindən daha çoxdur. Bu yaxınlarda öyrəndim ki, Azərbaycan ictimaiyyəti Nobel Komitəsinə Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etmək üçün sorğu göndərib. Bu addım Azərbaycan xalqının özünə hörmətini, milli qürurunu nümayiş etdirir. Mən Azərbaycan ictimaiyyətinin Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi ilə bağlı təşəbbüsünü tam dəstəkləyirəm. Rusiyada bir çox insan bu təşəbbüsü bəyənir. Rusiyada bu təşəbbüsü bəyənənlər, dəstəkləyənlər Qorbaçovu İuda adlandırırlar”.

L.Borovskaya Azərbaycana həsr olunmuş iki film çəkdiyini söyləyib: “Birinci film “Azərbaycanlı olmaq” adlanır. Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinin dəstəyi ilə ərsəyə gələn ikinci film isə “Nə qədər uçmalıyam?” adlanır.

Bakıda çəkiliş apararkən biz Azərbaycanı və azərbaycanlıları tamamilə yenidən tanıdıq. Çoxlu azərbaycanlı ailələrində olduq və hər yerdə istər-istəməz Qarabağ məsələsindən danışılırdı. Bundan əvvəl regionda baş verənlər haqqında çox az təsəvvürümüz var idi. Görünürdü ki, Qafqazda hardasa uzaqlarda hərbi əməliyyatlar gedir, azərbaycanlılarla ermənilər sadəcə olaraq döyüşürlər. Lakin münaqişənin tarixini öyrəndikcə çox şey kəşf etdim. Fransalı jurnalistin erməni yaraqlısının azərbaycanlının evinə soxularaq anasının qucağından körpəni qoparıb, iki yerə bölüb ananın başına atması haqqında xatirələri məni xüsusilə sarsıtdı. Qadın dəli olub və gülməyə başlayıb. Bu hadisə mənim həyatımı iki yerə - bu hadisəni eşitdiyimə “qədər” və ondan “sonra”ya bölüb. O vaxtdan bəri mən öz adi Moskva həyatımı əvvəlki kimi qəbul edə bilmirdim. Qərara gəldim ki, bu barədə danışmaq lazımdır”.
Rusiyalı rejissor Azərbaycan televiziyasında 44 günlük müharibədə qələbədən sonra keçirilən çörək festivalından reportaj gördüyünü söyləyib. “Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən işğaldan azad edilmiş ərazilərdən insanlar öz rayonlarında yetişdirilən buğdadan hazırlanan çörəyi gətirmişdilər. Bu, ilk baxışda sıradan bir hadisə olsa da, Azərbaycanın dinc həyata qayıtmaq, torpaqların dirçəldilməsinə, bütün qonşuları ilə birgə yaşamaq istəyini əyani şəkildə nümayiş etdirir. Bu fəlsəfə azərbaycanlılara xas olan özünə hörmət və milli ləyaqət hissinə əsaslanır. Qonşulardan biri meşə yanğını törədib qaçırsa, o birisi çörək hazırlamaq üçün buğda əkirsə, burada nəsə söz demək artıqdır”, - deyə Borovskaya yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri