Rusiyanın 7 aeroportu bağlanıb Ukraynanın növbəti PUA hücumu
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən gecə Ukrayna Rusiyanın hərbi və enerji infrastrukturuna qarşı növbəti PUA hücumu həyata keçirib.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, hücumla əlaqədar Rusiya özünün 7 hava limanını müvəqqəti bağlamalı olub. Söhbət Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanlarından gedir.
Kaluqa vilayətinin rəhbəri Vladislav Şapşa vilayətin Dzerjinski rayonunda yerləşən sənaye obyektində “PUA qalıqlarının” düşməsi nəticəsində yanğın başladığını deyib, ancaq obyektin adını çəkməyib. “Yandeks”in məlumatına görə, söhbət “Pervıy Zavod” neft emalı zavodundan gedir.
Volqoqrad qubernatoru Andrey Boçarov da Ukrayna PUA-larının adı açıqlanmayan sənaye obyektinə “kütləvi hücumu” barədə məlumat verib.
Bu arada “Astra” kanalı yerli sakinlərə istinadla yazır ki, fevralın 15-nə keçən gecə Volqoqradda pilotsuz təyyarə çoxmərtəbəli yaşayış binasını vurub.
Rusiya Müdafiə Nazirliyi isə Rusiyanın dörd bölgəsi üzərində 40 Ukrayna PUA-sını məhv etdiyini bildirib.
“AzPolitika.info”
Baxış sayı:124
Bu xəbər 15 Fevral 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















