Rusiyanın Berlindəki səfiri Almaniya XİNə çağırılıb
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“ARD əməkdaşlarının Rusiyadan çıxarılması qəbuledilməzdir”
ARD telekanalının jurnalistlərinin Rusiyadan çıxarılması ilə əlaqədar Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
“ARD əməkdaşlarının Rusiyadan çıxarılması qəbuledilməzdir və bunun əsaslandırması sadəcə olaraq yanlış və yalandır. Biz bunu qətiyyətlə pisləyirik. Ona görə də Rusiya səfirini çağırdıq”, - nazir vurğulayıb.
Berbok Almaniya və Avropada mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı bəyanatları pisləyib və qəbuledilməz adlandırıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ARD telekanalının iki əməkdaşının ölkədən çıxarıldığını açıqlamışdı. Diplomat bildirib ki, bu addım Almaniyada Birinci Kanalın bürosunun bağlanmasına cavabdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 28 Noyabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















