Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 12 sentyabr, AZƏRTAC
Rusiyanın Berlindəki səfiri Sergey Neçayev rus dronlarının Polşanın hava məkanını pozması ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə XİN-in X hesabında məlumat verilib.
“Rusiya dronlarının NATO hava məkanında olması Putinin təhlükəli və qəbuledilməz addımıdır. Buna görə də bu gün Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. NATO isə ittifaq ərazimizi və təhlükəsizliyimizi qorumaq üçün birlikdə möhkəm dayanıb”, - deyə Almaniya XİN-un açıqlamasında bildirilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar Almaniyadan əvvəl İspaniya, Çexiya və Niderland da oxşar addımlar atıblar.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:37
Bu xəbər 12 Sentyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















