Icma.az
close
up
RU
“Rusiyanın bu addımı müəyyən mənada başadüşüləndir” MÜNASİBƏT BİLDİRİLDİ

“Rusiyanın bu addımı müəyyən mənada başadüşüləndir” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya Azərbaycanla gərginliyi azaltmaq və problemləri həll etmək əvəzinə, indi də bəzi politoloqları və deputatları önə sürür. Açıq şəkildə anti-Azərbaycan isteriyasını alovlandırmaq məqsədi daşıyan bu çıxışlar çox zaman təhqir və hədələrlə müşayiət olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Aydın məsələdir ki, Rusiyada bəzi deputatların, politoloqların və mediada çıxış edən ekspertlərin son dövrlərdə sərgilədiyi anti-Azərbaycan ritorikası bəzi istisnalar xaric fərdi fikirlər deyil. Bu, açıq şəkildə Kremlin informasiya sistemində vahid mərkəzdən gələn tapşırığın nəticəsidir. Ritorika ilk baxışdan fərdi təşəbbüs kimi təqdim olunsa da, əslində dövlətin rəsmi mövqe bildirmədən bu çıxışlara susqun yanaşması, həmin ritorikanın Kremlin qeyri-rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü göstərir. Digər tərəfdən, Rusiya kimi informasiya sahəsinə ciddi nəzarətin olduğu bir ölkədə bu səviyyədə açıqlamaların müstəqil və təsadüfi şəkildə səslənməsi real görünmür.

Əgər məsələyə nə Kremlin sözçüsü, nə Xarici İşlər Nazirliyi, nə də digər təsirli rəsmi dairələr tərəfindən təkzib və ya sərt reaksiya verilmirsə, bu, həmin ritorikanın dövriyyədə qalmasına razılığın nümayişidir. Susmaq burada neytrallıq deyil, yumşaq şəkildə təşviqdir.

Rusiyanın bu addımı müəyyən mənada başa düşüləndir. Cəmiyyətdə anti-miqrant ovqatının körüklənməsi, konkret etnoslara qarşı kollektiv nifrətin formalaşdırılması, dövlətin mövcud sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün köhnə üsullara yəni “günah keçisi” obrazına qayıtdığını göstərir.
Azərbaycana və ümumiyyətlə Qafqazdan olan xalqlara qarşı yönəlmiş ritorika əslində Rusiya cəmiyyətində artan sosial narazılığın ünvanının bilərəkdən dəyişdirilməsidir. Tarix isə bu yanaşmanın çox təhlükəli nəticələr doğurduğunun şahididir.

Məsələn, 1930-cu illərdə Almaniyada yəhudilərə qarşı aparılan sistemli nifrət kampaniyası əvvəlcə media və siyasi ritorika ilə başladı, daha sonra isə hüquqi və fiziki repressiyalara çevrildi. Bu gün Rusiyada isə miqrasiya, korrupsiya, iqtisadi durğunluq və beynəlxalq təcrid kimi real problemlər fonunda hədəfə diasporlar və “xarici mənşəli” vətəndaşlar göstərilir.

Rusiyadan fərqli olaraq, Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı artan etimadsızlıq emosional deyil, Kremlə qarşı son dövrlərdə nümayiş etdirilən tutumun doğurduğu təbii reaksiyadır. Yəni arı yuvasına çomaq salırsansa, çıxan arı sənə bal verməyəcək. Əgər Rusiya dövləti bu cür çıxışlara sərhəd qoymazsa, yalnız ikitərəfli münasibətlər gərginləşməyəcək, həm də Rusiya daxilindəki çoxmillətli struktura qarşı inamsızlıq toxumu səpiləcək.
Azərbaycanlılara qarşı səsləndirilən nifrət ritorikası, əslində, sabah digər etnosların da hədəfə alınacağı mesajını verir. Bu isə təkcə Azərbaycanla münasibətlərə deyil, ümumilikdə Rusiya Federasiyasının çoxmillətli sabitliyinə təhlükə yaradır.
Bu mənzərə göstərir ki, Rusiya Cənubi Qafqazda artan Türkiyə və Qərb təsirindən ciddi narahatdır. Azərbaycanı “cəzalandırmaq” üçün ictimai rəyin yönünü dəyişdirməyə çalışırlar. Lakin bu, nə ikitərəfli münasibətlərə, nə də regional sabitliyə fayda verəcək. Əksinə, bu ritorikanın davamı Azərbaycanın Rusiya ilə münasibətlərdə daha ehtiyatlı və məsafəli mövqe tutmasına səbəb olacaq”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri