Icma.az
close
up
RU
“Rusiyanın davam etdirdiyi müharibə TDT yə müşahidəçi statusunda qatılmasını...”

“Rusiyanın davam etdirdiyi müharibə TDT yə müşahidəçi statusunda qatılmasını...”

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına (TDT) maraq artıb. Müxtəlif dövlətləri bölgənin resursları və bu resursların nəqli imkanları cəlb edir. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına çıxış əldə edib. Gələcəkdə “Zəngəzur dəhlizinin” fəaliyyətə başlaması türk dövlətlərinin gücünü daha da artıracaq”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, ona görə də bəzi dövlətlərin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mövzusu aktuallaşıb:

“Maraq böyük olduğundan TDT + formatının yaradılması zəruridir. Oxşar formatlar Avropa İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatında da mövcuddur. Misal üçün Avropa İttifaqının yanında təşkilata üzv olmayan ölkələr Avropa Siyasi Birliyi çərçivəsindəki sammitlərə dəvət olunurlar. Eləcə də, Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qatılan ölkələr var. Azərbaycan Avropa Siyasi Birliyinin üzvü olmaqla yanaşı Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir. TDT təşkilatına müşahidəçi statusunda qatılmaq istəyən dövlətlər arasında Ukraynanı göstərmək olar. Ukraynada yaşayan tatarlar türk mənşəlidir və bu baxımdan Kiyevin TDT marağı anlaşılandır”.

Politoloqun sözlərinə görə, əslində müxtəlif türk xalqlarının mövcud olduğu ölkələrdən biri də Rusiyadır:

“Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu ölkənin TDT-yə müşahidəçi statusunda qatılmasını mümkünsüz edir. Tacikistan türkdilli ölkə olmasa da, Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mümkündür. Monqolustanla  və Cənubi Koreyanın da təşkilata maraq göstərdiyi barədə məlumatlar var”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri