Icma.az
close
up
RU
Rusiyanın dərinliyinə zərbələrə icazə verilməsinə Moskvanın cavab variantı açıqlanıb

Rusiyanın dərinliyinə zərbələrə icazə verilməsinə Moskvanın cavab variantı açıqlanıb

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Moskva Ukraynanın Rusiya ərazisinin dərinliklərinə Qərbin raketlərindən zərbələr endirməyə icazə verilməsinə cavab olaraq, tək nüvə zərbəsi variantını nəzərdən keçirməlidir".

Oxu.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, "Dünya Silah Ticarəti Analizi Mərkəzi" MMC-nin təsisçisi və direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri İqor Korotçenko bildirib.

Onun fikrincə, Rusiya bu cür qətiyyət nümayişini Böyük Britaniya və Fransa sahillərinin akvatoriyasında həyata keçirməlidir.

"Bu vəziyyətdə Ukrayna Silahlı Qüvvələri tərəfindən bu cür hərəkətlərin qarşısının alınması üçün tədbirlər görülmədiyi təqdirdə, Rusiyanın qətiyyətini nümayiş etdirmək məqsədilə Böyük Britaniya və Fransa sahilləri yaxınlığındakı dəniz akvatoriyasında nümayiş xarakterli nüvə zərbəsi məsələsi ortaya çıxa bilər", - deyə ehtiyatda olan polkovnik izah edib.

Korotçenko qeyd edib ki, əgər ABŞ Prezidenti Co Bayden Ukraynanın ATACMS raketlərindən istifadəsi ilə yanaşı, Britaniya və Fransanın "Storm Shadow" və "SCALP-EG" mərmilərindən istifadəsini təsdiqləyibsə, vəziyyət daha təhlükəli olur.

Hərbi ekspert bildirib ki, bu halda Ukrayna Silahlı Qüvvələri Rusiya bölgələrinə Qərb silahları ilə kütləvi zərbələr endirmək imkanı əldə edəcək.

Daha əvvəl respublikaçı Donald Trampın keçid komandasının nümayəndəsi bildirmişdi ki, seçilmiş ABŞ prezidenti andiçmə mərasimindən sonra Ukraynanın ABŞ raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirməsi barədə Baydenin qərarına yenidən baxa bilər. Onun sözlərinə görə, ABŞ liderinin bütün təşəbbüsləri araşdırılacaq.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Bundan sonra Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiya ərazisinin dərinliklərinə aviahücumlara razılaşıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Noyabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri