Icma.az
close
up
RU
Rusiyanın gözləmədiyi gerçəkləşdi, plan iflasa uğradı Yeni təhdid

Rusiyanın gözləmədiyi gerçəkləşdi, plan iflasa uğradı Yeni təhdid

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, ABŞ ilk dəfə olaraq Böyük Britaniyaya nüvə silahı göndərdiyini rəsmi şəkildə təsdiqləyib. Ekspertlər bu addımı təkcə hərbi əməkdaşlığın gücləndirilməsi deyil, eyni zamanda Rusiyaya ünvanlanmış siyasi və strateji mesaj kimi də dəyərləndirirlər.

Maraqlıdır ki, Moskva hələ 2022-ci ildə Ukraynaya qarşı hücuma keçdiyi andan bu yana dünyanı nüvə silahı ilə hədələyirdi. Hazırda Rusiyanın qonşuluğunda yerləşən bəzi Avropa ölkələri ilə sərhəddə vəziyyətin gərginləşməsi fonunda Vaşinqtonun qərarı xüsusi diqqət çəkir.

Bəs bu gedişat dünya üçün nə vəd edir? Yeni soyuq müharibənin astanasındayıq, yoxsa bu, sadəcə qarşı tərəfə balans yaratmaq üçün atılmış addımdır?

Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, Rusiya Ukraynaya təcavüz edərkən əsas məqsədlərindən biri Avropa İttifaqı (Aİ) və NATO üzvləri arasında fikir ayrılıqlarını dərinləşdirmək, nəticədə avro-Atlantik məkanı parçalamaq idi:

“Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ və Rusiya arasında danışıqların başlanması Kremlin ümidlərini artırdı. ABŞ prezidenti Rusiyaya qarşı bir sıra jestlər etdi, hətta Ukraynanın güzəştləri fonunda müharibənin bitirilməsi təklifini irəli sürdü. Bu kontekstdə Kiyevə silah və kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması qərarı da qəbul edildi. Rusiya düşünürdü ki, NATO-nun parçalanmasına çox az qalıb. Alyansın əsas maliyyə və güc mənbəyi olan ABŞ-ın NATO-dan çıxacağı barədə Trampın səsləndirdiyi fikirlər Kremlin ümidlərini artırırdı.

Həmçinin oxuyun:

Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…

Moskva hər zaman avro-Atlantik məkanın birlik nümayiş etdirdiyi ən kritik məqamlarda nüvə silahından istifadə ilə bağlı hədələr yağdırırdı. ABŞ-ın Böyük Britaniyada nüvə silahlarını yerləşdirməsi isə Rusiyanın bu planlarını puça çıxardı. Çünki Vaşinqton qısa müddətdə qoşunlarını Avropadan çıxaracağı və NATO-dan ayrılacağı barədə açıqlamalar versə də, belə addım atması rəsmi Moskvaya açıq mesajdır”.


Natiq Miri

Politoloqun sözlərinə görə, Böyük Britaniyada nüvə silahlarının yerləşdirilməsi Avropanın bütövlükdə “nüvə çətiri” altında birləşdirilməsi deməkdir:

“Rusiya anlamalıdır ki, Ukraynanı müdafiə edən Qərbə qarşı çıxarsa, bu dəfə qarşısında yalnız Avropanı yox, bütün avro-Atlantik məkanı görəcək. İki ölkə arasında sülh masasının İstanbulda qurulacağı bir vaxtda belə hədələrin səsləndirilməsi diqqət çəkir. Rusiyanı reallıqla barışmağa məcbur edirlər.

Beləliklə, Moskvaya qarşı sanksiyaların müddətinin 50 gündən 10-12 günə endirilməsi də bu prosesin tərkib hissəsidir. Rusiyanın “parçala və hökm et” siyasəti demək olar iflasa uğrayıb”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri