Rusiyanın Gümrüdəki baş konsulu vəfat edib
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki baş konsulu Ruslan Kandaurov vəfat edib.
Oxu.Az-ın "Sputnik"ə (Ermənistan) istinadən məlumatına görə, bu barədə Rusiyanın Ermənistandakı Səfirliyi xəbər yayıb.
Bildirilir ki, R.Kandaurov 2020-ci ilin dekabrından baş konsul vəzifəsində çalışıb. O, 1996-cı ildən diplomatik xidmətdə olub.
R.Kandaurovun ölüm səbəbi açıqlanmayıb.

Rusiyanın Gümrüdəki baş konsulu vəfat edib
08 Noyabr 2024 20:00

