Icma.az
close
up
RU
Rusiyanın ilk uçuşunu edən mülki MС 21 təyyarəsi: Çoxsaylı suallar (FOTO)

Rusiyanın ilk uçuşunu edən mülki MС 21 təyyarəsi: Çoxsaylı suallar (FOTO)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

İkinci "idxalı əvəzlənmiş” MС-21 təyyarəsi ilk dəfə havaya qalxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Birləşmiş Aviatəyyarə Korporasiyası (ОАК) məlumat yayıb.

Təyyarə təxminən bir saat havada olub, 500 km/s sürətə və 3500 metr hündürlüyə çatıb. Bildirilir ki, bütün rus istehsalı komponentlər normal rejimdə işləyib.

Mühəndislər yeni sistemlərin fəaliyyətini sınaqdan keçiriblər. Xüsusilə, Rusiya Birləşmiş Mühərrikqayırma Korporasiyası tərəfindən istehsal edilən PD-14 mühərrikləri yoxlanılıb.

"İdxalı əvəzləmə” proqramı çərçivəsində təyyarədə kabin idarəetmə qurğuları, idarəetmə sisteminin ötürücüləri, bort radioelektron avadanlığı kompleksi, təkər əyləc sistemi, yanacaq sistemi, əsas və köməkçi enerji qurğuları və daha bir çox hissə dəyişdirilib.

Sertifikatlaşdırma prosesi ilə paralel olaraq İrkutsk aviasiya zavodunda seriyalı təyyarələrin yığılması davam edir. Aviaşirkətlərə təyyarələrin təhvil verilməsi sertifikatlaşdırma sınaqları başa çatdıqdan və nəticələri "Rosaviatsiya” (Rusiya Federal Hava Nəqliyyatı Agentliyi) tərəfindən təsdiqləndikdən sonra planlaşdırılır.

Dar gövdəli sərnişin təyyarəsi MС-21 Rusiya mülki aviasiyasının "flaqmanı” adlandırılsa da, əslində onunla bağlı çoxsaylı suallar var.

2009-cu ildə təyyarənin seriyalı istehsalına 2016-cı ildə başlanacağı planlaşdırılırdı, lakin bu proses dəfələrlə təxirə salınıb. Təyyarə ilk uçuşunu yalnız 2017-ci ilin mayında həyata keçirib.

MС-21 kommersiya baxımından Qərbin Boeing 737 MAX və Airbus A320neo modelləri ilə eyni seqmentə iddia edir, lakin ekspertlər hesab edirlər ki, o, onlarla rəqabət aparmaq üçün real şansa malik deyil.

MС-21-in əsas problemlərindən biri — qiymətidir, hansı ki, son vaxtlar "səmalara qalxıb”. Hazırda MС-21-in dəyəri təxminən 100 milyon dollar təşkil edir, halbuki 2023-cü ilin yayında onun qiyməti 50–54 milyon dollar səviyyəsində qiymətləndirilirdi (köhnə qiymətlə belə, təyyarə əsassız dərəcədə bahalı hesab olunurdu).

Bundan başqa, Rusiyanın yeni sərnişin təyyarələrini kütləvi istehsal etmək qabiliyyəti də şübhə altındadır.

Daha əvvəl UNIAN xəbər vermişdi ki, Rusiya planlaşdırdığından 15 dəfə az sərnişin təyyarəsi istehsal edib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri