Rusiyanın keçirdiyi əməliyyatlarda əslində Azərbaycanın ərazisi hədəfə alınır Əziz Əlibəyli
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Rusiyanın keçirdiyi əməliyyatlarda əslində Azərbaycanın ərazisi hədəfə alınır".
Bu fikri Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi raket hücumunda Azərbaycan səfirliyinin binasının vurulmasına münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, Azərbaycan səfirliyi Azərbaycanın torpağının, suverenliyinin bir hissəsi sayılır:
"Rusiyanın bu addımları kövrək olan Rusiya-Azərbaycan münasibətlərinə yaxşı təsir göstərə bilməz. Belə hesab edirəm ki, bu prosesdə dəqiq bir strategiya hazırlanmalıdır. Təbii ki, Azərbaycan Rusiyaya müxtəlif kanallar vasitəsilə etirazını bildirməlidir. Artıq bildirdi də. Sizə açıqlama verəndə məlumatı gördüm ki, Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, ona nota verilib. Bunu Rusiya edəcəksə, davamında ciddi, adekvat cavablarla qarşılaşmalıdır. Hadisənin miqyası, təsiri, verilən mesajlar kifayət qədər başa düşüləndir. Bu səbəbdən Azərbaycan Prezident İlham Əliyev ilə Ukryana Prezidenti Volodimi Zelenski arasında telefon danışığı da oldu".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 14 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















