Icma.az
close
up
RU
“Rusiyanın Kiyevə zərbəsi Cenevrə Konvensiyasına ziddir” AÇIQLAMA

“Rusiyanın Kiyevə zərbəsi Cenevrə Konvensiyasına ziddir” AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Rusiyanın sentyabr 7-nə keçən gecə Kiyev şəhərinə həyata keçirdiyi kütləvi PUA hücumu nəticəsində Ukrayna Nazirlər Kabinetinin binası da zədələnib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Rusiyanın sentyabrın 7-nə keçən gecə Kiyevə həyata keçirdiyi kütləvi PUA hücumu beynəlxalq hüquq baxımından ciddi suallar doğurur.

"Hökumət binasının hədəf alınması mülki infrastrukturun vurulması kimi qiymətləndirilə bilər. Bu, Cenevrə Konvensiyasının prinsiplərinə ziddir və müharibə cinayəti kimi interpretasiya oluna bilər. Hücumun texniki dəqiqliklə planlaşdırıldığı görünür. Binanın dam və yuxarı mərtəbələrinin yanması, məqsədli hədəflənmənin göstəricisidir. Bu, sadəcə hərbi deyil, həm də siyasi simvola yönəlmiş zərbədir. Rusiya bu addımı ilə Ukrayna dövlətçiliyinə qarşı psixoloji üstünlük əldə etməyə çalışır. Hökumət binasının vurulması ictimai rəyə təsir etmək və Ukrayna rəhbərliyini təzyiq altında saxlamaq məqsədi daşıyır. Bu, informasiya müharibəsinin fiziki təzahürüdür".

Politoloq əlavə etdi ki, beynəlxalq ictimaiyyətin bu hücuma susqun qalması hüququn selektiv tətbiqinə dair narahatlıqları artırır.

"BMT və digər qurumların reaksiyasızlığı beynəlxalq hüququn nüfuzuna zərbə vurur. Bu, Rusiya üçün diplomatik təcrid riskini daha da gücləndirir. Ukrayna tərəfi hücumu terror aktı kimi təqdim edir. Bu, həm də Qərbə yönəlmiş dolayı mesajdır. Rusiya sülh danışıqlarına zərbə vurmaqla yanaşı, regionda sabitliyi təhlükə altına alır. Kiyevdəki hökumət binasının hədəf alınması beynəlxalq hüququn pozulması və zorakı siyasi iradənin nümayişidir. Bu akt Rusiyanın reputasiyasını daha da zədələyir və münaqişənin eskalasiyasına xidmət edir",- deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri