Aydın Səfixanlı: Cenevrə Konvensiyasına üzv dövlətlərin heç də hamısı onun tələblərinə əməl etmir AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 dekabr, AZƏRTAC
Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ombudsman təsisatı arasında səmərəli əməkdaşlıq həyata keçirilir. Bugünkü tədbirimiz Cenevrə Konvensiyalarının 75-ci ildönümünə həsr olunub. Azərbaycan da Konvensiyasının üzvüdür.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: müsbət təcrübələr və problemlər” mövzusunda keçirilən seminarda Ombudsman Aparatının rəhbəri Aydin Səfixanlı söyləyib.
O bildirib ki, Cenevrə Konvensiyasına üzv olan dövlətlərin heç də hamısı onun tələblərinə əməl etmir.
A.Səfixanlının sözlərinə görə, ölkəmizin üzləşdiyi mina probleminin həll edilməsi, itkin düşmüş şəxslərin taleyi, onların ailələrinə qaytarılması da beynəlxalq humanitar hüququn prinsiplərindəndir.
“Azərbaycan uzun illər işğala, etnik təmizləməyə, ədalətsiz müharibəyə məruz qalsa da, beynəlxalq humanitar hüquqa əməl edib. Apardığı savaşı da beynəlxalq hüquq çərçivəsində yüksək səviyyədə həyata keçirib”, - deyə Ombudsman Aparatının rəhbəri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Dekabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















