Rusiyanın modernləşdirilmiş Vampir qumbaraatanı Afrikada ilk dəfə nümayiş etdiriləcək
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
"Rosoboroneksport" şirkəti "Vampir" kimi tanınan RPG-29 tank əleyhinə qumbaraatanın modernləşdirilmiş versiyasını ilk dəfə Afrikada təqdim edəcək.
BAKU.WS xəbər verir ki, RPG-29M Cənubi Afrika Respublikasında keçiriləcək Africa Aerospace and Defence 2026 sərgisində nümayiş etdiriləcək.
Bildirilib ki, silahın modernləşdirilmiş versiyası hərbi əməliyyatlar təcrübəsi nəzərə alınmaqla hazırlanıb. RPG-29-un baz versiyası 1989-cu ildə silahlanmaya qəbul edilib və tandem döyüş başlığı ilə dinamik mühafizənin arxasındakı 650 millimetrədək zirehi deşə bilir.
RPG-29M-in əsas fərqləri arasında daha az çəki və təkmilləşdirilmiş erqonomika göstərilir. Həmçinin yeni versiyada nişangahla atəş məsafəsinin iki dəfə artırıldığı qeyd olunur.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın "The National Interest" jurnalı "Rosoboroneksport"un modernləşdirilmiş RPG-29M-lər üçün alıcılar tapa biləcəyini yazmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 16 Sentyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















