Icma.az
close
up
RU
“Rusiyanın qanlı “qırmızı xətləri“: Sözlər yox, əməllər lazımdır“ Hikmət Cavadov

“Rusiyanın qanlı “qırmızı xətləri“: Sözlər yox, əməllər lazımdır“ Hikmət Cavadov

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Ukrayna qan içindədir, dünya isə hələ də susur..."

"Sentyabrın 7-ə keçən gecə Rusiya özünün "qırmızı xətlər"inin dinc ukraynalıların qanı və həyatı demək olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi".

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov  "pazl.az" saytında yazıb.

O, yazır: "Gecəyarısı Ukraynaya endirilən hücumların miqyası ürəyi donduracaq qədər dəhşətli olub. 818 hava hücum vasitəsi, onlardan 805-i kamikadze dronu, qalanı isə raketlər. Ukrayna hava hücumundan müdafiə sistemləri çoxunu məhv etsə də, onlarla hədəfə çata bilib. İnsanlar həlak olub, evlər, körpülər, infrastruktur dağılıb. 

Zaporojyedə onlarla yaşayış binası zədələnib, bir qadın həlak olub, yaralılar var. Kremençuqda strateji körpü bağlanıb. Dnepr və Krivoy Roqda müəssisələr və evlər yenidən xarabalığa çevrilib. Amma bu gecənin ən sarsıdıcı xəbəri Kiyevdə Nazirlər Kabinetinin binasına dəymiş raketdir.

Müharibənin başlanğıcından bəri ilk dəfədir ki, Rusiya raketləri birbaşa Ukrayna hökumətinin ürəyini vurur. Çatlayan dam, yanıb külə dönən üst mərtəbələr, alovu söndürən helikopterlər... Dünyanın hər tərəfinə yayılan fotolarda qara tüstü, qırılmış pəncərələr və xilasetməyə çalışan insanlar görünür.

Daha nə baş verməlidir?

Bu sualı ucadan verməyin vaxtıdır: dünya nəyi gözləyir? Hansı dəhşətdən sonra anlayacaq ki, Rusiyanı sadəcə bəyanatlarla dayandırmaq mümkün deyil? Əgər raket Kabinet binasını tamamilə yerlə-yeksan etsəydi? Əgər nazirlər dağıntı altında qalsaydı? Əgər zərbə Ali Radada iclas vaxtına düşsəydi? Ukraynanın dövlət rəhbərliyi qismən məhv olsaydı?

Bu suallar zalımcasına səslənsə də, haqlıdır. Çünki hər kəs yaxşı bilir: əgər raketlər Ağ Evə, Pentaqona, Senata və ya Parisdə hökumət binasına düşsəydi, cavab anında və tamamilə başqa cür olardı. Bəs Ukrayna? Hər gün Avropa və ABŞ mediasının saytlarında "Ukraynada yaşayış evləri dağıldı , "dinc insanlar həlak oldu", "yeni dron və raket hücumu" kimi başlıqlar çıxır. Amma əksər hallarda məsələ başsağlığı mesajlarından o yana keçmir.

Bu, uzaq müharibə deyil...

Rusiya ardıcıl və amansız şəkildə Ukraynanın şəhərlərini yerlə-yeksan edir. Bu, Buca ilə sübut olunub. Mariupolla sübut olunub. Doğum evlərinə, vağzallara, ticarət mərkəzlərinə zərbələrlə sübut olunub. İndi isə növbə Kiyevin qərarverici mərkəzlərinə çatıb. Dünya isə hələ də göz yumur. Amma bir həqiqəti etiraf etmək lazımdır: əgər indi Rusiyaya qarşı real addımlar atılmasa, sabah hədəf yalnız Kiyev, Xarkov, Dnepr olmayacaq. Kremlin raketləri istənilən Avropa paytaxtının hökumət binalarını da vuracaq. Bu, şişirtmə deyil, Rusiyanın müharibə məntiqidir.

Ukraynanın və dünyanın gerçəyi

Baş nazir Yuliya Sviridenko bu gün deyib: "Binaları bərpa edəcəyik, amma itirilmiş həyatları qaytara bilməyəcəyik". Ukraynanın həqiqəti budur. Amma başqa bir həqiqət də var: əgər dünya sanksiyaları sərtləşdirməsə, Rusiyanın qazı və nefti kəsilməsə, Ukraynaya real müdafiə üçün lazım olan silahlar verilməsə, hər gün yeni dağıntıların altından günahsız insanların cansız bədəni çıxacaq. Tarix isə bunu qeyd edəcək: Rusiya ardıcıl olaraq Ukrayna şəhərlərini məhv edərkən, dünya sadəcə baxırdı. Baxırdı və susurdu".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Sentyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri