Icma.az
close
up
RU
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir

Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan vətəndaşı qanunsuz olaraq Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlara cəlb olunub.

Lökbatan sakini Luqanskda dörd dəfə yaralanıb

APA xəbər verir ki, Bakının Lökbatan qəsəbəsində anadan olmuş Vladislav Nesterov 2022-ci ildə Rusiya ordusunun tərkibində Ukrayna ərazisinə döyüşlərə göndərilib.


Onunla vətəndaş nikahında olan həyat yoldaşı Marina Orсikova APA-ya açıqlamasında bildirib ki, Vladislav Nesterov Azərbaycan vətəndaşıdır, bunu təsdiq edən rəsmi sənədlər var: “Nesterov Vladislav Arifoviç 20 iyun 1975-ci ildə Bakıda anadan olub. 2022-ci ildə Rusiya ordusunun tərkibində Ukraynada hərbi əməliyyatlara cəlb olunub, onunla müqavilə bağlanıb. Döyüşlərdə bir neçə dəfə yaralanıb.

2023-cü ilin yanvarında müqavilə müddəti bitsə də, onu tərxis etmirlər. Müvafiq dövlət qurumlarına dəfələrlə müraciət etmişəm, həyat yoldaşının taleyindən xəbərsizəm. Vladislav 4 dəfə yaralanıb, lakin bunun heç birini rəsmiləşdirməyiblər. Vladislavı hələ də tərxis etmirlər”.

Moskvaya getmək istəyəndə Vladislavı tutdular

M. Orcikova deyir ki, Vladislav Nesterov Luqansk ərazisində döyüşlərə cəlb olunub.

Hazırda Rusiyanın nəzarəti altında olan Luqanskın Alçevsk şəhərində yaşayan qadın həyat yoldaşının bu il məzuniyyətə gəldiyini bildirib: “Məzuniyyətə gələndə Moskvaya getməyə hazırlaşırdıq. İstəyirdik ki, Azərbaycanın Moskvadakı səfirliyinə gedək, Vladislavın tərxis olunmasına kömək göstərilməsi və Bakıya qayıtması məsələsini həll edək.

Lakin Moskvaya getməyə hazırlaşanda onu saxladılar, həbs olunduğunu dedilər, apardılar. Həmin vaxtdan Vladislavın harada olduğu barədə məlumatsızam”.

Vladislavın ağciyərlərində, ayağında qəlpələr var

Marina Orcikova 2023-2025-ci illər ərzində mümkün olan hər yerə məktublar yazdığını deyib: “Vladisalav da məktublar yazıb, onları da göndərmişəm. Azərbaycan səfirliyinə, konsulluğa da məktubla müraciət etmişik, lakin heç bir nəticə yoxdur”.

Marina Orcikova Rusiyanın müvafiq dövlət qurumlarına, o cümlədən Rusiya Prezidenti Vladimir Putinə, Rusiyanın Baş Prokurorluğuna, Rusiya Müdafiə Nazirliyinə müraciət etdiyini də vurğulayıb.

“Bir daha deyirəm ki, müraciət etməyin mümkün olduğu bütün qurumlara yazmışam. Mənim əlimdə bu qurumlardan alınan oxşar cavablar var. Bu cavablarda ancaq eyni söz yazılıb: “Məsələni araşdırırıq”. Onların dediyi ancaq bu cümlə ilə məhdudlaşır. 2023-cü ildən Vladislavın ağciyərlərində, 2024-cü ildən isə ayağında qəlpələr qalıb. Onları belə çıxarmayıblar. Sanki bu adamın taleyi heç kimə maraqlı deyil. Mənə o vaxt demişdilər ki, qəlpələr yalnız müharibə bitdikdən sonra çıxarılacaq”, - deyə o bildirib.

Vladislavın yeri məlum deyil

Həyat yoldaşının Azərbaycan vətəndaşı olmasına diqqət çəkən Marina Orcikovanın sözlərinə görə, ona göndərilən rəsmi sənədlərdə deyilir ki, Rusiya Daxili İşlər Nazirliyinə müraciət edərək, müvafiq çıxarışlar almalıdır: “Onu avtobusdan zorla düşürüb aparıblar. Vladislavın hazırda harada olduğu barədə heç bir məlumatım yoxdur. Belə olan halda o, Rusiya Daxili İşlər Nazirliyinə necə müraciət edə bilər? Yoldaşım məzuniyyətdə olanda Azərbaycan vətəndaşı olduğunu və Rusiya vətəndaşlığı almaq üçün müraciət etmədiyini, belə bir niyyətinin olmadığını təsdiqləyən sənədləri topladı. Nəticədə isə onu həbs etdilər”.

Müqavilə müddəti bitib, tərxis etmirlər

Marina Orcikova bildirir ki, Azərbaycan vətəndaşı olan həyat yoldaşının hansı əsasla hərbi əməliyyatların aparıldığı əraziyə göndərildiyi barədə müvafiq orqanlar qarşısında dəfələrlə məsələ qaldırıb: “Mənə cavab verilib ki, həyat yoldaşım “xüsusi hərbi əməliyyatda” iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Mən onlara bildirirəm ki, müqavilə bağlanıbsa belə, 20 yanvar 2023-cü il tarixində qüvvədən düşüb. 2023-cü ildən çalışıram ki, Vladislavı ordudan tərxis etsinlər. Buna nail olmaq üçün Rusiyanın müvafiq dövlət qurumlarına dəfələrlə sorğu ilə müraciət etmişəm. Mənə cavab verilib ki, Vladislav hərbi informasiya daşıyıcısıdır. Üzr istəyirəm, lakin sorğuya belə bir cavab vermək həm axmaqlıqdır, həm də gülüncdür. O, sıravi əsgərdir. Burada hansı hərbi informasiya daşıyıcısından söhbət gedə bilər?”

Marina Orcikova hətta Vladislav Nesterovun xidmət etdiyi hərbi hissənin komandirinə və komandir müavinlərinə müraciət etdiyini də vurğulayıb: “Mənə lazımdır ki, onu ordudan tərxis etsinlər. Bundan sonra ona Moskvadan (Azərbaycanın Rusiyadakı səfirliyindən – red.) Azərbaycan pasportu almalıyıq. Çünki o, Vətənə qayıtmaq istəyir”.

“Vladislavı tapmaq istəyirəm, o, Bakıya, öz evinə qayıtmaq istəyir”

O, məqsədinin Vladislavı tapmaq olduğunu bir daha vurğulayıb: “Mən Rusiya tərəfinə demək istəyirəm ki, öz hərbçilərinə özbaşınalıqla məşğul olan komandirlərdən daha çox diqqət ayırsınlar. Onu da istəyirəm ki, Vladislavı ordudan tərxis etsinlər, onun bədənindəki qəlpələrin çıxarılmasına kömək etsinlər. O, Bakıya, öz evinə qayıtmaq istəyir. Mən bu vəziyyətdə kimin günahı olduğunu deyə bilmərəm. Orada nəyin baş verdiyini bilmirəm. Bildiyim tək şey odur ki, bizdə müharibə gedir. Dəqiq bildiyim budur. Mən indi daha çox Vladı tapmaq, onun harada olduğunu bilmək istəyirəm”.

Marina Orcikova həyat yoldaşının kömək istəməsinin əks olunduğu səs yazısını da redaksiyamıza təqdim edib. Vladislav orada deyir ki, Azərbaycan vətəndaşıdır, Rusiya ordusunda nələrin baş verdiyi barədə məlumatı var, buna görə onu öldürmək istəyirlər. Davamında isə hər kəsdən kömək istəyir.

https://t.me/apa_az/101367

Marina Vladislavın Bakıda İlqar adlı əmisi oğlunun yaşadığını da deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 İyul 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri