Rusiyanın rusdilli insanları qorumaq planı, qonşu dövlətləri təzyiq altında saxlamaq siyasətinin yeni mərhələsidir
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Sergey Ryabkovun “Rusiya neokolonializmə qarşı mübarizə aparacaq” ifadəsi kifayət qədər istehza doğuracaq bir fikirdir, çünki məhz dünya tarixində son 400-500 ildə Rusiyaya qədər kolonialist siyasət yürüdən və əraziləri işğal edən dövlətlərin varlığına son qoyan və işğal etdiyi ərazilərdə assimilyasiya, diskriminasiya prosesi həyata keçirən dövlətlər çox azdır.
Oqtay Qasımov
Politoloqun fikrincə, Rusiya eyni siyasəti bu gün də davam etdirməkdədir və bu gün də öz soyundan öz dinindən və öz irqindən olan bir dövlətə, millətə qarşı Rusiya savaş aparır.
Rusların harada yaşamasından asılı olmayaraq Rusiya tərəfindən müdafiə olunacaq fikri ilə bağlı Oqtay Qasımov qeyd edib ki, bu da Rusiya imperializminin yürütdüyü siyasətin tərkib hissəsidir və məhz, bu adla Rusiya qonşu dövlətləri təzyiq altında saxlamağı və onların daxili işlərinə müdaxilə etməyi hesablayır: “Bu ifadələr Rusiyanın mövcud hakimiyyətinin tətbiq etdiyi siyasətin təzahürüdür və hər iki element qeyd etdiyimiz kimi, Rusiyanın qonşu dövlətlərin daxili işlərinə müdaxilə üçün istifadə etdiyi alətlərdən biridir. Yəni Ryabkovun sözlərindən gəlinən nəticə bundan ibarətdir ki, Rusiya bundan sonra da siyasətini dəyişməyəcək və onun neoimperiyaçılıq ambissiyaları davam edəcək və keçmiş postsovet məkanı ölkələrinə başqa adlarla mümkün olmadığı halda rusdilli əhalinin hüquqları ilə bağlı məsələni bəhanə edərək, müdaxilə etməyə çalışacaq”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















