Icma.az
close
up
RU

Rusiyanın Şimali Koreya oyunu: Cəbhədəki ən asan hədəf

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Şimali Koreya əsgərləri müharibədə Rusiyaya dəstək olmaq üçün Kurskda döyüşlərə cəlb edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna əsgərləri təcrübəsiz Şimali Koreyalıların asan hədəfə çevrildiyini deyirlər.

Kurskda yerləşdirilən ukraynalı əsgərlər Şimali Koreya qoşunlarının nə baş verdiyini anlamadıqlarını və açıq-aydın cəbhədə qaçdıqlarını bildiriblər.

Əsgərlər rusların PUA-lardan necə qaçıb gizlənəcəyini bildiklərini, Şimali Koreyalıların isə qaçmadan və fərq qoymadan atəş açdıqlarını bildiriblər.

Eyni xəttdə döyüşən iki bölmənin bu qədər fərqli strategiyalarla hərəkət etməsi aylardır düşündürən sualı bir daha gündəmə gətirdi. Şimali Koreya əsgərləri müharibədə sadəcə yemdirmi?

Ukrayna rəsmiləri Rusiyanın Kursk bölgəsində müharibədə Rusiya qüvvələrini dəstəkləmək üçün yerləşdirilən ən azı 30 Şimali Koreya əsgərinin yaralandığını və ya öldüyünü açıqlayıb.

Bu, Pxenyan qoşunlarının müharibədə hansı rol oynayacağı ilə bağlı aylarla davam edən fərziyyələrdən sonra böyük dönüş nöqtəsidir.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı “Şimali Koreyalıların itkilərini gizlətməyə çalışmaqda” ittiham edib.

Zelenski, “Şimali Koreyalıların bu müharibədə ölməsinin tək bir səbəbi yoxdur. Yeganə səbəb Rusiyanı yeyən və bu müharibəni alovlandıran Putinin ağlını itirməsidir” deyib. 

Ukrayna lideri ölən Şimali Koreya əsgərlərinin üzlərinin yandırıldığını iddia edib.

Kurskda ezam olunmuş ukraynalı əsgər vəziyyətlə bağlı sahədə olan Şimali Koreya əsgərlərinin fikirlərini bölüşüb:

“Şimali Koreyalılar tarlalarda qaçır və onların sayı həddən artıq çoxdur. Onlar nə baş verdiyini anlamırlar. Bilmirəm, nə baş verdiyini anlamırlar, yoxsa ruslar onları qəsdən göndəriblər”, – deyə o, bildirib. 

Bölgədə döyüşən əsgərlər Şimali Koreyalıların ruslardan fərqli olaraq cəbhə xəttində açıq şəkildə hərəkət etdikləri üçün asan hədəf olduğunu bildiriblər.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see252

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see220

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri