Rusiyanın SVR rəhbəri Amerika Kəşfiyyat İdarəsinin direktoruna zəng etdi
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin, Amerika Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Li Ratklifflə telefon danışığı aparıb.
Redaktor.az bu barədə Rusiya departamentinin mətbuat xidmətinə istinadən məlumat verir.
Martın 11-də baş tutan telefon danışığında, Narışkin və Ratkliff, Moskva ilə Vaşinqton arasında gərginliyi azaltmaq məqsədilə iki ölkənin kəşfiyyat xidmətləri arasında müntəzəm təmasların saxlanması barədə razılığa gəliblər. Eyni zamanda, SVR və CIA rəhbərləri, ümumi maraqlar üzrə əməkdaşlıq və böhran vəziyyətlərinin həlli məsələlərini də müzakirə ediblər.
Daha əvvəl, Sergey Narışkin Ukrayna ərazilərinin qonşu ölkələr arasında bölünməsi ilə bağlı mümkün variantların detallı təhlilini aparmağın vacibliyini vurğulamışdı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Mart 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















