Icma.az
close
up
RU
“RUSİYANIN UÇURUM ÜÇÜN ÖZ PLANLARI VAR...” Putinin ideoloqu Qərbi “müqəddəs müharibə” ilə hədələyir

“RUSİYANIN UÇURUM ÜÇÜN ÖZ PLANLARI VAR...” Putinin ideoloqu Qərbi “müqəddəs müharibə” ilə hədələyir

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

“Trampın planı kapitulyasiya yox, zərurətdir”

“Rusiya hədsiz sınaqlar dövrünə qədəm qoyub. Atlantik Qərb Rusiyanın ruhuna yox, onun maddi əsasına vurub”. 

“AzPolitika” xəbər verir ki, bunu “Vladimir Putinin filosofu” adlandırılan, şovinsist və imperiyaçı nəzəriyyələri ilə tanınan Aleksandr Duqin son efirlərinin birində deyib.

O etiraf edib ki, Rusiya çətin iqtisadi vəziyyəti səbəbindən Qərblə savaşmaq gücündə deyil və buna görə də Donald Trampın təklif etdiyi sülh planı Rusiya üçün zəruri, qəbul edilməli sənəddir: “İqtisadi müharibə elə bir zəif yerimizi açıb ki, onu yalnız qəhrəmancasına dayanmaqla dəf etmək mümkün deyil. Rusiya sivilizasiya kimi məğlub olmayıb, lakin o, etiraf etməlidir ki, hazırkı mərhələdə güclər bərabər deyil. Və ABŞ tərəfindən təklif olunan müqavilə kapitulyasiya yox, zərurət kimi qəbul edilməlidir”.

Bununla da Duqin “Tramp planı”nın Rusiya üçün məqbul, hətta hazırkı ağır iqtisadi durumda zərurət, xilas kimi qəbul olunmasına tərəfdar çıxıb.

Lakin məlum olduğu kimi, Ukrayna və Avropanın təkidi ilə artıq “Tramp planı”na müəyyən zəruru dəyişikliklər edilib. Qərb mətbuatının yazdığına görə, plandan Ukraynanın ərazi güzəştləri, Ukrayna ordusunun sayının və uzaq mənzilli silahlarının məhdudlaşdırılması, Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətdən azad edilməsi və digər bu kimi bəzi maddələr çıxarlılaraq, plan 28 bənddən 19 bəndə endirilib. İndi onun yenidən Trampa təqdim olunacağı və yaxın günlərdə Avropa və Ukrayna liderləri ilə birgə müzakirə olunacağı deyilir.

Aleksandr Duqin isə növbəti efirində bu dəyişikliklərin Rusiya üçün qəbuledilməz olacağını bildirib və bunu qəbul edəcəyi halda, Trampın “ağlının başında olmasına” şübhə ilə yanaşdığını qeyd edib: “Əgər Tramp sülh istəyirsə, o, Ankoricdə bizimlə razılaşdığı sülh müqaviləsi versiyasını yeritməlidir. Əgər onun müştəri dövlətləri(Avropa və Ukraynanı nəzərdə tutur-red.) zatən kompromisli olan bu plana bir şey əlavə etsələr, Rusiya sadəcə onu rədd edəcək.

Tramp ağlı başındadırsa (ağlı başındadırmı?), bunu bilməyə bilməz. Əgər Tramp ABŞ-nin hesabına yaşayan müştəri dövlətlərə nəyisə güzəştə gedərsə, bu, o deməkdir ki, Tramp sülh istəmir, yaxud çox da güclü istəmir. O, mövqeyini o qədər tez-tez dəyişib ki, ondan hər şey gözləmək olar.

ABŞ hələ də güclü bir dövlətdir, lakin bütövlükdə Qərb kimi, getdikcə uçuruma doğru sürüşür. Qərb isə açıq şəkildə bəşəriyyətin qalan hissəsini də ora sürükləmək istəyir.

Rusiyanın uçurum üçün öz planları var. Tariximizin fərqli bir təyinatı var. Bu, müqəddəs sivilizasiya müharibəsini qaçılmaz edir. Beləliklə, Qərbə və rus dünyası satqınlarına qarşı müharibə gəlir. Və o, Qələbəyə qədər (və ya dünyanın sonuna qədər) davam edəcək”.

Budur, təəssüf ki, müasir Rusiya Duqin kimi “filosoflar”ın nəzəriyyələri, baxışları ilə yaşayır. Bu isə “Ağıllınız kimdir? Qabaqda gedən zəncirli” misalını xatırladır. Özü də təəssüf ki, bu misal təkcə Rusiya deyil, qarşı tərəfə də aiddir...

Cəlal Məmmədli

“AzPolitika.info”         

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri