Icma.az
close
up
RU
Hərəkətlə bağlı qorxular Bilik Günü üçün müvafiq qurumların HANSI PLANLARI VAR?

Hərəkətlə bağlı qorxular Bilik Günü üçün müvafiq qurumların HANSI PLANLARI VAR?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Hər iln sentyabr ayının ikinci yarısında paytaxt Bakıda əsas problemlərdən biri yenidən aktuallaşır: məktəblərin açılması ilə yollarda baş verən tıxaclar və nəqliyyat sıxlığı.

Oxu.Az xəbər verir ki, xüsusən də sentyabrın 15-də vətəndaşlarda məktəbə və işə gecikməmək üçün daha erkən yola çıxmaq, alternativ marşrutlar seçmək məcburiyyəti yaranır.

Bəs görəsən, müvafiq qurumlar bu istiqamətdə hansı tədbirləri görürlər? Sualımızı aidiyyəti üzrə yönəltdik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, tədris ilinin başlaması ilə əlaqədar nəqliyyat vasitələrinin sayının artırılması nəzərdə tutulub.

"Hazırda paytaxtda sərnişindaşımada 2 200 avtobus istismar edilir. Tədris mövsümü ilə əlaqədar nəqliyyat vasitələrinin sayının 2 300-dən çox olması nəzərdə tutulub. Bununla bağlı AYNA tərəfindən plan hazırlanıb, daşıyıcılarla görüşlər keçirilib, xətlər üzrə avtobus sayının artırılması barədə tapşırıqlar verilib", - deyə T.Orucov bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Zeyni Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq nəqliyyat sıxlığının yaranmaması, həmçinin fasiləsiz və təhlükəsiz hərəkətin təşkili məqsədilə təsdiq edilən tədbirlər planına uyğun olaraq, polis əməkdaşları tərəfindən bütün təhsil müəssisələri nəzarətə götürülməklə gücləndirilmiş iş rejimində xidmət aparılacaq.

"Paytaxt Bakı ilə yanaşı, iri şəhərlərdə məktəb və ali təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə əlavə yol-patrul və post-patrul xidmətləri cəlb olunacaq, pik saatlarda vətəndaşların mənzilbaşına rahat və təhlükəsiz çatmaları üçün avtomobil yollarında hərəkətin tənzimlənməsi gücləndiriləcək.

Eyni zamanda, avtobus marşrutlarının fəaliyyəti üzərində nəzarət artırılmaqla sərnişindaşımalarda ləngimələrin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı iş aparılacaq.

Görülən işlər çərçivəsində nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə mane olan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını istiqamətində də fəaliyyət davam etdiriləcək. Təhsil müəssisələrinin yaxınlığında yolun hərəkət hissəsində avtomobillərini saxlayaraq hərəkətə mane olan sürücülər barəsində qanun çərçivəsində tədbirlər görüləcək", - deyə Z.Hüseynov bildirib.

DİN rəsmisi vətəndaşlara müraciət edərək onları ictimai asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin olunması işinə dəstək göstərməyə çağırıb.

"Yeni tədris ilinin ilk günlərində hərəkətdə xüsusi həssaslıq nümayiş etdirilməsi, sürət həddinə və dayanma-durma qaydalarına riayət olunması, xüsusən də məktəb ətraflarında ehtiyatlı davranmaq, uşaqların qəfləti hərəkətlərini nəzərə alaraq sürəti minimuma endirmək vacibdir.

Yollarda yaranan sıxlıqların minimuma endirilməsi yalnız polis əməkdaşlarının deyil, həm də hər bir hərəkət iştirakçısının məsuliyyətindən asılıdır", - deyə Z.Hüseynov vurğulayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ilinin başlaması ərəfəsində metropolitendə tətbiq ediləcək minimal intervallar hərəkətin təşkili baxımından mümkün texniki imkanların ən optimal həddi olacaq.

"Bununla bağlı bir sıra yeniliklərin tətbiq edilməsi gözlənilir. Qeyd edilənlərlə yanaşı, qeyri-pik saatlarda ehtiyat qatarların xətlərə buraxılması, digər texniki mühəndis qurğularının işində və stansiyalarda müvafiq tənzimləmələr həyata keçiriləcək. Yeni tədris mövsümündə payız-qış qrafiki tətbiq ediləcək və bununla da pik saatlarda qatarlararası intervallar azaldılacaq. Yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə B.Məmmədov qeyd edib.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri