Icma.az
close
up
RU
Rusiyanın Ukrayna ilə müharibədə itkiləri böyükdür, koreyalıları müharibəyə cəlb etməsinin səbəbi budur

Rusiyanın Ukrayna ilə müharibədə itkiləri böyükdür, koreyalıları müharibəyə cəlb etməsinin səbəbi budur

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Rusiya rəsmiləri Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakını arqumentləşdirmək üçün yeni bəhanə tapıblar. Onların sözlərinə görə, ruslar İkinci Dünya müharibəsində şimali koreyalılara dəstək veriblər, buna görə də indi şimali koreyalılar “qardaşlıq borcunu” yerinə yetirirlər. Həqiqətən İkinci Dünya Müharibəsi illərində şimali koreyalı partizanların bir qismi Sibirdə saxlanılıb və onlara təlimlər keçirilib. Onların arasında Şimali Koreyanın gələcək gənc diktatoru Kim İr Sen də olub. İkinci Dünya müharibəsi bitdikdən və Yaponiya qoşunları Koreyadan çıxdıqdan sonra həmin koreyalılar Koreyanın tamamına nəzarət etmək məqsədilə Cənubi Koreyaya qarşı müharibəyə başladılar".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə,  bir ara Şimali Koreya Cənubun tamamını işğal etməyə yaxın idi:

"Ancaq BMT-nin qərarıyla ABŞ komandanlığı ittifaq ölkələri ilə birgə Cənubi Koreyanı Kim İr Senin qoşunlarından azad etdi. Müttəfiq qoşunlar Şimali Koreya ərazisində daxil olduqdan sonra Kim İr Sen SSRİ diktatoru Stalindən kömək istədi. Stalin Şimali Koreyaya görə nüvə dövləti olan ABŞ-la savaşmayacağını Kim İr Senə bildirdi. Bundan sonra Şimali Koreya diktatoru məcbur qalıb Çin diktatoru Mao Tseduna müraciət etdi. Mao Tsedun qoşunlarını Şimali Koreyaya göndərdi və amerikalılar çinlilərlə üz-üzə qaldılar. Hər iki tərəf döyüşlərdə böyük itkilər verdi, nəticədə 37-ci paralel üzrə Koreya ikiyə ayrıldı. Yəni Şimali Koreya uğrunda ruslar deyil, çinli hərbçilər savaşıb və həlak olublar. Sovet hərbçiləri (hərbi təyyarələri idarə edənlər xaricində) quru qoşunların tərkibində Koreya savaşında iştirak etməyiblər. Ona görə də “şimali koreyalılar Kurskda savaşmaqla borclarını qaytarırlar” yanaşması bəhanədir. Şimali koreyalılar borclarını qaytarmalı olsaydılar, Çin uğrunda savaşardılar, Rusiyanın işğalçı müharibəsində niyə ölməlidirlər? Rusiyanın Ukrayna ilə müharibədə itkiləri böyükdür, döyüşçü potensialı azalıb, ölümə göndərməyə adam axtarır, şimali koreyalıları müharibəyə cəlb etməsinin səbəbi budur. Bunun əvəzində isə Rusiya böyük ehtimalla Şimali Koreyaya maliyyə və ərzaq verəcək, yoxsa koreyalılar başqa dövlətin işğalçı müharibəsində niyə iştirak etsinlər ki? Belə çıxır ki, Rusiya gələcək müharibələrdə də fərqli millətləri ölümə göndərəcək".

Vasif ƏLİHÜSEYN 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Aprel 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri