Icma.az
close
up
RU
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? AÇIQLAMA

Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasına dair heç bir işarə yoxdur. ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Moskvaya səfərləri də nəticə vermədi. Rusiya Prezidenti Vladimir Putin Trampın nümayəndələrinə hər dəfə təkrarladığı fikri bildirib: “Donbası almayana qədər müharibəni dayandırılmayacaq”. Ancaq Rusiyanın Donbasın tamamının işğalını həyata keçirməsi hazırki şərtlər altında mümkünsüz görünür. Rusiya cəbhədə verdiyi itkilərin yerini doldurmaqda çətinlik çəkir.
Avtosfer.az bu fikirləri politoloq Elxan Şahinoğlu öz sosial media hesabında bildirib. O qeyd edib ki, Rusiyanın Ukrayna ilə yanaşı NATO ölkələrindən birinə raket və dron hücumu həyata keçirəcəyinə dair müzakirələr də genişlənib.

“Kreml belə bir addım atarsa, bu, müharibənin daha geniş məkana yayılmasına səbəb olacaq. NATO ölkələri Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ehtimalını da hesablamağa çalışırlar. Finlandiya Prezidenti Aleksandr Stubb bir müddət əvvəl verdiyi açıqlamada, Çinin Finlandiyaya Rusiyanın nüvə silahından istifadəsinin qarşısını alacağına dair zəmanət verdiyini bildirib. “Bu yay Çin xarici işlər naziri Van Yi ilə görüşdə Rusiyanın nüvə silahından istifadə məsələsini qaldırdım. O bildirdi ki, Çin buna heç vaxt icazə verməyəcək. Fikrimcə, bu, kifayət qədər yaxşı maneədir” – deyən Aleksandr Stubb Pekinin mövqeyindən razı qaldığına işarə edib.

Finlandiya Prezidentinin sözlərinə görə, Rusiya avropalıları gərginlik içində saxlamaqdan, onları nüvə eskalasiyası və ya NATO-ya birbaşa hücum ehtimalı barədə düşünməyə məcbur etməkdən faydalanır. Stubb Avropanın sakit və təmkinli qalmalı olduğunu vurğulayıb: “Rusiya istəyir ki, biz - avropalılar burada oturub Rusiyanın müharibəni genişləndirib-genişləndirməyəcəyini, nüvə silahından istifadə edib-etməyəcəyini və NATO-ya, yaxud Avropaya hücum edib-etməyəcəyini düşünək”.

Finlandiya Prezidenti haqlıdır. Kreml Avropa İttifaqını və NATO-nu test etməyə çalışır. Rusiya-Ukrayna müharibəsi dövründə dronların Avropa ölkələrinin hava məkanına daxil olması halları az deyil. Rusiyanın Ukrayna-Polşa qatarını hədəf alması da Kremlin gələcək panlarından xəbər verir. Bu vəziyyət NATO ölkələri ilə yanaşı Rusiyanın tərəfdaşları olan Belarus və Çini də narahat etməmiş deyil. Ancaq Minsk və Pekin Kremlin qərarlarına təsir etmək gücünə malik deyillər. Bu baxımdan Çin xarici işlər nazirinin Finlandiya Prezidentinə “Rusiya nüvə silahından istifadə etməyəcək” açıqlamasından rahat olmağa dəyməz”.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Sentyabr 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri