Icma.az
close
up
RU
Rusiyanın yeni desantı Samvel Karapetyan Paşinyanı devirə biləcəkmi? (ŞƏRH)

Rusiyanın yeni desantı Samvel Karapetyan Paşinyanı devirə biləcəkmi? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Seçkiyə bir ildən az bir zaman qalıb. Bu məhdud zaman çərçivəsində "Öz yolunuzla" hərəkatının partiyaya çevrilərək, parlament seçkilərində uğur qazanması mümkün deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov həbs edilən biznesmen Samvel Karapetyan tərəfindən əsası qoyulan "Öz yolumuzla” hərəkatının Ermənistanda olacaq qarşıdakı seçkilərdə baş nazir Nikol Paşinyana başağrısı yarada biləcəyi ehtimalından danışarkən deyib.

"Seçkiyə bir ildən az müddət qalıb. Bu məhdud zaman çərçivəsində "Öz yolunuzla” hərəkatının partiyaya çevrilərək, parlament seçkilərində uğur qazanacağı mümkün deyil. Hərəkatı yaradanlar və onun arxasında dayananlar Ermənistan parlamentində yer əldə etməkdən daha çox, seçki ərəfəsində daxili-siyasi vəziyyəti gərginləşdirməkdən başqa hər hansı bir nəticəyə nail ola bilməyəcəklər", deyə Əlimusa İbrahimov bildirib.

Ekspert qeyd edir ki, Rusiyanın Samvel Karapetyandan istifadə etmək cəhdi də iflasa məhkumdur:

"Samvel Karapetyanın təşəbbüsü ilə yaradılan "Öz yolumuzla" adlı hərəkatın hərəkatın yaradılmasında məqsəd gələcəkdə partiyaya çevrilib 2026-cı ilin iyunda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak etmək və Paşinyana ciddi müxalifət yaratmaqdır. Ermənistanda və ondan kənarda hamıya məlumdur ki, Karapetyan Rusiyanın adamıdır və Paşinyana qarşı cəbhə yaratmaq üçün Moskvadan "desant” olaraq göndərilib. Bu Rusiyanın eyni səciyyəli ilk addımımı deyil. Zamanında Rusiyadan olan digər milyarder Ruben Vardanyan da eyni məqsədlə Rusiya tərəfindən göndərilmişdi. Onun sonrakı taleyi heç də qibtə ediləsi olmadı. Samvel Karapetyan da hazırda heç də yaxşı vəziyyətdə deyil. O, Ermənistana düşən kimi hakimiyyəti ələ keçirməyə çağırışda ittiham edilərək İrəvan məhkəməsi tərəfindən həbs edilib və parlament seçkiləri bitənə qədər həbsdən azad edilməyəcək”.


Əlimusa İbrahimov düşünür ki, Ermənistanda vəziyyətin məhz müxalifət tərəfindən gərginləşdirilməsi seçki dönəmində Paşinyanın xeyrinə işləyəcək:

"Bu əslində, Paşinyanın nüfuzuna işləyəcək bir hərəkət olacaq. Digər tərəfdən, Samvel Karapetyan, Robert Koçaryan və Serj Sarksyan cütlüyü birləşsə belə, Paşinyana ciddi təhlükə yarat imkanlarına malik deyillər. Son hadisələr fonunda Paşinyanın ölkə daxilində nüfuzu durmadan artır. Erməni cəmiyyətinin artıq Paşinyanın apardığı siyasətin onların mənafeyinə uyğun olduğunu dərk etməyə başlayıb. Bütün bunları nəzərə aldıqda Rusiyanın növbəti cəhdinin də uğursuzluğa düçar olacağını düşünürəm. Paşinyana isə artıq "suda batmaz, odda yanmaz” ləqəbini verməyin vaxtıdır”. 

Qeyd edək ki, hazırda istintaq altında olan biznesmen Samvel Karapetyan Ermənistan cəmiyyətinə mesaj ünvanlayıb. Onun bu mesajı "Öz yolumuzla” xalq hərəkatının təqdimat mərasimində səsləndirilib. Burada qeyd edilir ki, tezliklə "Öz yolumuzla” ictimai hərəkatını cəmiyyətə təqdim edəcəklər: 

"Məqsədimiz iqtisadiyyatı inkişaf etdirmək, biznes üçün real imkanlar yaratmaq, ailə və milli dəyərləri möhkəmləndirmək, o cümlədən Ermənistanın etibarlı tərəfdaş kimi reputasiyasını bərpa etmək, Qarabağ xalqının ləyaqətli həyat hüququnu təmin etmək, gənclərin gələcəyə inamını qaytarmaq, təhsil sistemini inkişaf etdirmək, o cümlədən müqəddəs kilsəni saxlamaq və qorumaqdır”. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Avqust 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri