Icma.az
close
up
RU
Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya şəhərləri demək olar ki, hər gün atəş altındadır. Moskvadan Ryazana, Voronejdən Tulaya, Ufadan Həştərxana qədər qonşu ölkənin ərazisindəki strateji müəssisələr, neft emalı zavodları vurulmaqdadır. Artıq müharibə Rusiya ərazilərinə transformasiya olunub və ciddi bir destabilizasiyaya, həmçinin yanacaq böhranına səbəb olmaqdadır. Bu strategiyanın həyata keçirilməsində isə Ukraynanın milli qəhrəmanı olan Robert Brovdi (Madyar) rəhbərlik edir. İndi Rusiya kəşfiyyatının ən böyük hədəflərindən biri “Madyar” ləqəbli bu vətənpərvəri aradan götürməkdir. Bir suyu Aleksandr Duqinə oxşayan Brovdi isə hazırda Putinin ideoloqunun bütün ideyalarının əleyhinə fəaliyyət göstərməkdədir.

Musavat.com oxucular üçün maraqlı olar deyə Rusiyanın kabusuna çevrilən və onun “yuxusunu ərşə çəkən” birinin “Madyar”ın dosyesini təqdim edir:

Macar ata, uğurlu biznes...


Bu adamın təxəllüsü “Madyar” dır. Əsl ad-soyadı Robert Brovdidir. 1975-ci ildə Macarıstanla sərhəd yaxınlığındakı Ukraynanın Ujqorod şəhərində anadan olub. Transkarpatiyanın bir çox ailələrində olduğu kimi, burada da milli müxtəliflik hökm sürür. Onun atası macar, anası ukraynalıdır. Ukraynalı müəllif Vasil Mikitenko yazır ki, Robert ziyalı ailənin övladıdır. Özünün dediyi kimi, qonşular xalça asarkən, valideynləri Transkarpat rəssamlarının rəsmlərini alıb asırdılar. Daha sonra bu xatirələr Roberti müasir Ukrayna rəssamlarını dəstəkləmək üçün fond yaratmağa sövq edir - BrovdiArt yaradır. O, 1997-ci ildə Ujqorod Milli Universitetini “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bitirib öz biznesinə başlayıb. Bütün həyatı boyu sərhəd şəhərində gördükləri ilə məşğul olub: pərakəndə geyim, topdansatış məhsulların satışı…

22 il ərzində “İmperiya qida”, daha sonra isə “Şotland şərabı və qazlı içki” layihəsini uğurla başlayıb. O, tez bir zamanda şəhərdə məşhurlaşıb və sahibkarlar dairəsinə daxil olub. 90-cı illərin sonlarında daşınmaz əmlak bazarını mənimsəməyə başlayıb. Ticarətdən ayrılıb inkişafla məşğul olmaq üçün bütün biznesini riskə atıb. Bir il sonra “Market-BK” şirkətini qurub və bir il sonra Ujqorodun ən uğurlu iş adamlarından biri olub. Otuz yaşına çatanda sərvəti 10 milyon dolları keçib və layihələrin dəyəri on milyonlarla hesablanıb. 2010-cu ildə Brovdi “Xleb Investbud”a rəhbərlik etmək təklifi aldı və bu, ona bütün Ukrayna, hətta Avropa şöhrəti gətirib. Belə ki, Ukrayna Aqrar Birjası və güclü taxıl holdinqi. O, 100 milyon dollardan çox dəyəri olan bir şirkətin baş direktoru olur. 2014-cü ildə genişmiqyaslı bir layihə başlayır – bu, “Granum” şirkətlər qrupunun təməlini yaradır. Öz taxıl istehsalına, saxlanmasına və satışına başlayır. Artıq 2017-ci ilə qədər layihə ölkənin ən yaxşı 5 taxıl ixracatçısına daxildir. Paralel olaraq, o, Ukrayna incəsənətinin, Transkarpatiyada daşınmaz əmlakın və xeyriyyəçiliyin təşviqi ilə məşğul olur.

Silaha sarılan milyonçu

2022-ci ilə qədər Robert Brovdi Ukraynada böyük aktivlərə və şöhrətə malik tamhüquqlu müstəqil bir iş adamı olub. 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya hücum edir. Səhər o, heç bir döyüş təcrübəsi olmadan Kiyevin ərazi müdafiəsinin toplanma məntəqəsinə gəlir. Adi döyüşçü kimi silah alır və atasının milliyyətinə uyğun olaraq “Madyar” çağırış nişanını seçir. Elə həmin gün də Buça və İrpenə göndərilir.

Teroboroniyanın tərkibində döyüşlərdə və mülki əhalinin təxliyəsində iştirak edir. İlk döyüş təcrübəsini orada qazanır. Kiyev vilayətinin azad edilməsindən sonra silahını yerə qoymur. Komandanlıq tərəfindən tanınrı və 206-cı batalyonun TRO rotasının komandiri təyin edilir. 2022-ci ilin aprelində Ukrayna Silahlı Qüvvələrinin 28-ci briqadasının tərkibində Xerson istiqamətinə göndərilir. Tezliklə tağım komandiri, sonra isə rota olur, baş leytenant rütbəsi alır. Dronlardan istifadə ideyası da ona səngərlərdə gəlib. Öz vəsaiti ilə kəşfiyyat və qumbara atmaq üçün pilotsuz uçuş aparatları almaq qərarı verir. O, diviziyanı öz vəsaiti ilə dronlar və avadanlıqlarla təchiz edir. Komandanlıq təşəbbüsü dəstəkləyir. Beləliklə, 2022-ci ilin mayında “Madyar Quşları” meydana çıxır.

Maliyyə imkanları sayəsində vəsait yığılmasına ehtiyac qalmır. Brovdi səmərəliliyə diqqət yetirir və qırıcıları seçmək imkanı əldə edir. Paralel olaraq, onlar ixtisaslaşmış dronların istehsalını qururlar. Onlar həmçinin kənd təsərrüfatı dronlarından çevrilmiş ağır gecə bombardmançı dronlarının (“Baba Yaga”) hazırlanmasında da iştirak edirlər. Termal görüntüləmə kameraları ilə təchiz olunmuş dronlar gecələr işləyir və düşmən üçün ciddi təhlükəyə çevrilir. Xerson şəhərinin azad edilməsindən sonra məlum olur ki, bu, artıq sadəcə bir bölmə deyil. O, 59-cu briqadaya daxil edilir və Donbasa – Baxmuta, daha sonra digər istiqamətlərə köçürülür. Bu gün “Madyar” Ukraynanın bütün pilotsuz qoşunlarının komandiridir. Bu gün onun adı yüz minlərlə işğalçının yuxusunu qaçırmaqdadır. İndi müxtəlif rəqəmlərə görə, hər ay 25-30 min rusiyalı hərbçinin öldürülməsinə “Madyar” rəhbərlik edir.

Rusiyada ömürlük həbs cəzası

O, bu yaxınlarda Qərb mediasına verdiyi müsahibədə bildirib ki, Rusiya dərinliyindəki 1500-2000 kilometrlik ərazi artıq arxa cəbhə deyil, döyüş meydanıdır. Ötən il blogger Volodimir Boyko Brovdini Çin kreditindən 1,5 milyard dollar oğurlamaqda günahlandırmışdı. Buna cavab olaraq Madyar "[bu kredit çərçivəsində] Çin pulu ilə heç bir əlaqəsi olmadığını" bildirmişdi. O, "absurd" barədə şərh verməkdən çəkinmiş və ukraynalıları "Gebbelsin təbliğatını mənimsəməməyə" çağırmışdı.

2025-ci ilin mayında prezident Volodimir Zelenski “Madyar”ı Ukrayna qəhrəmanı adına layiq görüb, bir ay sonra onu Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistem qüvvələrinin komandiri təyin edib. Rusiyada "Madyar" qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. 2026-cı ilin mart ayında məhkəmə onu Birinci Kanalın müxbiri Anna Prokofyevanın ölümünə səbəb olan terror aktının təşkilində günahkar bilib. Rusiya hakimiyyəti Brovdini ümumilikdə 46 cinayətdə, o cümlədən "mülki şəxslərin ölümünə və əhəmiyyətli maddi ziyana səbəb olan terror aktlarında" ittiham edir.

Qeyd edək ki, onun iki oğlu var – Edqar və Alen. Həyat yoldaşı Nataliya Brovdidir. (musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:374
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 İyun 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri