Icma.az
close
up
RU
“Tomahawk” Rusiyanın yuxusunu ərşə çəkəcək”

“Tomahawk” Rusiyanın yuxusunu ərşə çəkəcək”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

ABŞ Ukraynaya 800 kilometrədək mənzilli "Tomahawk" , "Barracuda" və digər yerüstü və hava bazalı, təxminən 800 kilometrədək mənzilli ABŞ istehsalı raketlərin tədarükünü nəzərdən keçirir.

Kremli ən çox təşvişə salan "Tomahawk" uzaqmənzilli, yüksək dəqiqlikli kruiz raketləridir. Onlar əsasən yerüstü və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulub və aşağı uçuş trayektoriyası ilə radarlardan yayınma qabiliyyətinə malikdir. “Tomahawk” (BGM-109) 1983-cü ildən etibarən istifadədədir və ABŞ Hərbi Dəniz Qüvvələri ilə yanaşı, NATO-da olan bir sıra ölkələrin də arsenalında yer alır. Modern variantları GPS, daxili naviqasiya sistemi (INS) və relyefə əsaslanan naviqasiyanı (TERCOM) birləşdirərək hədəfləri yüksək dəqiqliklə vurur.

Bu raketlərin uçuş məsafəsi1600-2500 kilometr təşkil edir. “Tomahawk” raketlərinin əsas daşıyıcıları gəmi və sualtı qayıqlardır. Sözügedən raketin uçuş sürəti saatda 880 kilometrə çatır. Əsas üstünlüklərindən biri isə özünə bir sıra nüvə başlığının quraşdırıla bilməsidir. Toyuqlu pizza

“Tomahawk” raketləri 1991-ci ilin Körfəz müharibəsi, 1999-cu ilin Yuqoslaviya əməliyyatları, 2003-cü ilin İraq müdaxiləsi, 2011-ci ilin Liviya əməliyyatları və Suriyaya qarşı 2017/2018-ci illərdə istifadə olunub.

“Ukraynaya “Tomahawk” raketlərini göndərməsi ilə bağlı qərarı artıq verilib”, - deyən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, yeganə məqsəd Rusiyanı danışıq masasına otuzdurmaqdır:

“Rusiya prezidentinin qaçaraq verdiyi açıqlamalar bunu deməyə əsas verir ki, Moskva çox narahatdır. Bu raketlər Ukraynaya təhvil verilməsi Rusiya üçün faciəvi nəticələr doğuracaq. Ukrayna rahat şəkildə Moskvanı və Moskva ətrafına zərbə endirə bilər. Ruslar açıq-aşkar Ukraynanı atom elektrik stansiyalarını vurmaqla hədələyir.

Yeri gəlmişkən, Ukrayna artıq özünün istehsal etdiyi “Flaminqo” raketləri ilə Rusiyanın dərinliklərinə çox rahat zərbə endirir. Kiyev Moskvaya məxsus neft emalı zavodlarını, strateji obyektləri vurur.

Putinə müharibənin dayanmağı sərf etmir. Çünki ondan soruşulacaq ki, 4 il ərzində Ukrayna müharibəsində hansı nəticə əldə olunub? Bu baxımdan, Rusiyanın Ukraynanı indiki mərhələdən etibarən nəyəsə məcbur etməsi qeyri-mümkündür. “Tomahawk” raketləri isə Rusiyanın yuxusunu ərşə çəkəcək”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri