Icma.az
close
up
RU
RusiyaUkrayna müharibəsinin mövcud mərhələsində ABŞ və Avropanın sülh gözləntisi fərqlilik göstərir

RusiyaUkrayna müharibəsinin mövcud mərhələsində ABŞ və Avropanın sülh gözləntisi fərqlilik göstərir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qərb liderləri Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə sülh danışıqlarına sövq etməyi dayandırmalıdır. Əvəzində Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı vədlərin reallaşmasına nail olmaq lazımdır". Bu sözləri Aİ xarici işlər naziri Kaja Kallas dekabrın 18-də Financial Times-a müsahibəsində belə deyib. Kallas qeyd edib ki, Vladimir Putin müharibəni bitirmək istəmədiyi halda Zelenskiyə sülhü müzakirə etmək üçün təzyiq etməyin mənası yoxdur. "Sülh olmayanda sülhməramlılardan danışa bilmərik. Bəs niyə sülh yoxdur? Çünki Rusiya sülh istəmir", - Kallas deyib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırmaq və Kiyevi atəşkəslə bağlı danışıqlara təşviq etmək niyyətini bəyan edib. Bu, Aİ ölkələrini belə bir ssenarinin baş verəcəyi təqdirdə Ukraynaya dəstək strategiyasına yenidən baxmağa məcbur edir.

"İndi Ukraynanı dəstəkləmək sonradan müharibədən əziyyət çəkməkdən qat-qat ucuz başa gəlir. Rusiya öz məqsədlərini dəyişməyib. Yəni, bu məsələdə özümüzə qarşı çox dürüst olmalıyıq. Biz indi əslində nə edirik?"-deyə Kallas qeyd edib. Kallas hesab edir ki, Ukraynaya avropalı sülhməramlıların yerləşdirilməsi səhv olub, çünki onun fikrincə, onların saxlanması üçün vəsait Ukrayna Silahlı Qüvvələrinin hərbi ehtiyaclarına daha məqsədəuyğun şəkildə yönəldilə bilərdi.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına verdiyi açıqlamada bildirib ki, əslində Ukrayna-Rusiya savaşına münasibətdə NATO ölkələrinin mövqeləri heç də vahid mövqe olmayıb: “Avropa ölkələri ilə Amerikanın bu savaşa münasibətində fərqlər ilk dövrdən də bəri var. Əgər savaş ilk dönəmdə Avropa ölkələri Ukraynanı daha zəif dəstəkləməklə bir formada Ukraynanı faktiki olaraq Rusiyanın şərtlərini qəbul etməyə sövq etmək istəyirdilərsə, Amerika Birləşmiş Ştatları fərqli mövqe sərgiləyir və Ukraynanı savaşı davam etdirməyə sövq edirdi. Təbii ki, Avropa ölkələri arasında Böyük Britaniyanın mövqeyi digərlərindən daha fərqli, daha radikal bir yanaşma var idi. Zamanla bu mövqelər yaxınlaşırdı”.

Oqtay Qasımov

Politoloq qeyd edib ki, son zamanlar, təxminən son yarım ildə Donald Trampın seçki kampaniyasında söylədiyi fikirlərlə Avropa ölkələrinin fikirləri arasındakı fərqlər getdikcə böyüməkdədir.

“Ukraynada bu savaşda ən ciddi dəstək verən Amerika birləşmiş ştatlarıdır. Avropa İttifaqının verdiyi dəstək Amerikanın verdiyi dəstəkdən daha azdır. Biz bu ilin əvvəlində də onu gördük ki, Amerika Birləşmiş Ştatları Ukraynaya 61 milyard, Avropa İttifaqı 54 milyard vəsaiti 3 il müddətində verməyi planlayaraq, belə bir qərar qəbul etdilər. Hazırkı durumda Avropa ölkələri Rusiyanı tam şəkildə məğlub etməyin tərəfdarı kimi çıxış edirlər. Bu baxımdan Ukraynanın danışıqlara deyil, savaşı davam etdirməsində maraqlı görünürlər.

Amerika Birləşmiş Ştatları fərqli mövqe sərgiləməkdədir. Söhbət yeni administrasiyadan gedir. Bayden administrasiyası öz dönəminin bitməsinə təxminən bir ay qalmış əlindən gələni edəcək ki, Ukraynaya ayrılmış yardımlar ünvanına çatdırılsın”-deyən politoloq vurğulayıb ki, bu məsələdə Amerikanın maraqları ilə Avropanın maraqları fərqlənir.

“Avropa faktiki olaraq, Rusiyanın aqressiyasını dayandırmaq üçün Ukraynaya dəstək verməkdə maraqlıdır. Bu qərar Avropa ölkələrin hamısına aid olmasa da, əksəriyyətinə aiddir. Xüsusilə də, Rusiyanın təzyiq və müdaxiləsinə daha yaxın olan Şərqi Avropa ölkələri dəstək verməkdə maraqlıdır.

Amerika Birləşmiş Ştatlarının strategiyası fərqlidir. Donald Trampın əsas hədəfi Çin olduğuna görə, Rusiya-Ukrayna savaşını bir formada Ukraynanın zərərinə olsa da bitirməyə çalışır.

Ukraynanın bu vəziyyətdən iki tərəfin arasında qalmışlıq vəziyyətindən çıxış yolu ondan keçir ki, bir formada 20 yanvara qədər uğurlar əldə etsin və danışıqlar masasında daha əlverişli şərtlərlə otura bilsin”-deyə Oqtay Qasımov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri