Icma.az
close
up
RU
Rusiyaya 5 milyonluq həmlə: Azərbaycan və Türkiyə üçün təhlükə artdı

Rusiyaya 5 milyonluq həmlə: Azərbaycan və Türkiyə üçün təhlükə artdı

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Avropa İttifaqının (Aİ) nüvə təhlükəsizliyini gücləndirmək üçün Ermənistana 5 milyon avro sərmayə qoyacağı açıqlanıb.

Məlumata görə, maliyyə iki əsas istiqamətə – Ermənistan Atom Elektrik Stansiyasının təhlükəsizliyinin gücləndirilməsi, həmçinin Ermənistanın Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin və Radiasiya Təhlükəsizliyi Elmi-Texniki Mərkəzinin peşəkar komandalarına dəstək üçün yönəldiləcək.

Bu investisiya region üçün nə kimi risklər doğurur? -nin planı Metsamor AES-in fəaliyyətini uzatmaq, yoxsa onu təhlükəsiz şəkildə bağlamaq məqsədi daşıyır?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Avropa İttifaqının Ermənistandakı nüvə təhlükəsizliyinə 5 milyon avro dəyərində sərmayə yatırması zahirən texniki və humanitar xarakter daşısa da, məsələnin mahiyyətində ciddi geosiyasi və təhlükəsizlik aspektləri dayanır:

“Metsamor Atom Elektrik Stansiyası postsovet məkanında ən köhnə və riskli nüvə obyektlərindən biridir. 1970-ci illərdə inşa edilən və seysmik aktiv zonada yerləşən bu stansiyanın fəaliyyəti həm Ermənistan, həm də region üçün potensial təhlükə mənbəyi hesab olunur. Avropa İttifaqı uzun illərdir Metsamorun bağlanması mövqeyini müdafiə etsə də, budəfəki maliyyə dəstəyi onun fəaliyyətinin uzadılması ehtimalını gündəmə gətirir.

Sərmayənin əsasən təhlükəsizlik sistemlərinin modernləşdirilməsinə və tənzimləyici orqanların peşəkar potensialının artırılmasına yönəldilməsi rəsmi olaraq risklərin azaldılması kimi təqdim edilir. Lakin bu, obyektin uzunmüddətli istismarına şərait yarada bilər. Metsamorun texniki baxımdan köhnə olması və beynəlxalq standartlara tam cavab verməməsi nəzərə alınarsa, belə bir yanaşma əslində potensial fəlakət riskini ertələmək, lakin aradan qaldırmamaq deməkdir. Digər tərəfdən, Brüssel üçün bu layihə həm də siyasi alətdir — Ermənistanıın Rusiyadan enerji asılılığını qismən azaltmaq və Avropa standartlarına uyğunlaşdırmaq məqsədi daşıyır”.


Züriyə Qarayeva

Politoloq bildirib ki, bu sərmayə regionda balanslı təhlükəsizlik mühitinin formalaşması baxımından ziddiyyətlidir:

“Çünki təhlükəsizlik adı altında köhnə bir nüvə obyektinin ömrünün uzadılması, texnoloji risklərlə yanaşı, geosiyasi gərginliyi də dərinləşdirə bilər. Azərbaycan və Türkiyə kimi qonşu ölkələr üçün Metsamorun fəaliyyəti ekoloji və strateji risk olaraq qalır. Beləliklə, Avropa İttifaqının bu addımı daha çox “təhlükəsiz fəaliyyəti davam etdirmək” strategiyasına bənzəyir, “təhlükəni aradan qaldırmaq” planına yox. Nəticədə, bu sərmayə bölgənin nüvə təhlükəsizliyini artırmaqdan çox, mövcud risklərin idarə olunan şəkildə saxlanmasına xidmət edir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri