Icma.az
close
up
RU
Türkiyə Azərbaycan əlaqələri üçün mühüm addım

Türkiyə Azərbaycan əlaqələri üçün mühüm addım

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İğdır Şəhid Bülent Aydın Hava Limanı beynəlxalq status qazandı

Türkiyə-Azərbaycan qardaşlığının mühüm coğrafi dayaqlarından biri olan İğdırda tarixi əhəmiyyət daşıyan qərar qəbul olunub. İğdır Şəhid Bülent Aydın Hava Limanı beynəlxalq giriş-çıxışlara açıq daimi hava sərhəd-keçid məntəqəsi kimi müəyyən edilib. Bu qərar İğdırın regional nəqliyyat sistemindəki mövqeyini gücləndirməklə yanaşı, bölgənin iqtisadi, turizm və logistika imkanlarına da yeni nəfəs gətirəcək.

İğdır hər zaman Türkiyə ilə Azərbaycan arasında mənəvi, tarixi və strateji bağların kəsişdiyi xüsusi məkanlardan biri kimi seçilib. Naxçıvana yaxınlığı, Cənubi Qafqaza açılan mövqeyi, türk dünyasının birləşdirici xəttində yerləşməsi bu şəhərin əhəmiyyətini daha da artırır. Bu baxımdan hava limanının beynəlxalq status qazanması sadə inzibati qərar çərçivəsini aşaraq, bölgənin gələcək inkişafı üçün mühüm strateji addım xarakteri daşıyır.

Bu mühüm nəticə TADİV Himayəçilər Şurasının üzvü, İğdır millət vəkili cənab Cantürk Alagözün uzun müddətdir böyük həssaslıqla izlədiyi, ardıcıl şəkildə gündəmdə saxladığı və nəticəyə çatması üçün ciddi əmək sərf etdiyi prosesin uğurlu yekunu kimi dəyərləndirilir. Cənab Cantürk Alagözün bu istiqamətdə göstərdiyi diqqət, prinsipial mövqe və davamlı təşəbbüslər İğdırın nəqliyyat, iqtisadi və strateji potensialının daha görünən səviyyəyə yüksəlməsinə mühüm töhfə verib.

İğdır Şəhid Bülent Aydın Hava Limanının beynəlxalq giriş-çıxışlara açıq daimi hava sərhəd-keçid məntəqəsi kimi müəyyən edilməsinə dair qərar “Resmî Gazete”də dərc olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan qərarda bu tənzimləmənin 5682 saylı Pasport Qanununun 1-ci maddəsinə uyğun olaraq həyata keçirildiyi bildirilib.

Bu qərar İğdırın gələcək inkişafı, bölgənin nəqliyyat-logistika imkanlarının genişlənməsi, Türkiyə-Azərbaycan əlaqələrinin daha dinamik mərhələyə keçməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Beynəlxalq status qazanan İğdır Şəhid Bülent Aydın Hava Limanı bundan sonra bölgənin iqtisadi canlanmasına, turizm potensialının artmasına və qardaş ölkələr arasında gediş-gəliş imkanlarının daha da asanlaşmasına mühüm töhfə verəcək.

Əbülfəz Babazadə

kulturoloq-yaponşünas, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Simurq” AMA vitse-prezidenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 06:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri