Icma.az
close
up
RU
Rusiyaya görə qiymətlər qalxa bilər İki sahə ilə bağlı çağırış

Rusiyaya görə qiymətlər qalxa bilər İki sahə ilə bağlı çağırış

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı son hədələri beynəlxalq ictimaiyyətdə və xüsusən də iqtisadi dairələrdə ciddi narahatlıq yaradıb. Trampın ehtimal edilən “ikinci dərəcəli sanksiyalar” planı və bu çərçivədə Moskva ilə iqtisadi əlaqələri olan şirkətlərə əlavə təzyiq tətbiq etmək niyyəti dünya bazarlarında qeyri-müəyyənlik yaradıb.

Mütəxəssislər hesab edirlər ki, belə bir ssenari, əsasən enerji sektoruna, daha dəqiq desək, neftin qiymətinə birbaşa təsir edəcək. Çünki Rusiya qlobal neft təchizatında aparıcı ölkələrdən biridir və ona qarşı tətbiq olunacaq hər hansı sərt iqtisadi tədbir, bazarda təklifin azalmasına, nəticə etibarilə isə qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Tramp bu planını reallaşdırarsa, dünya iqtisadiyyatında hansı dəyişikliklər olacaq?

Globalinfo.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, tarixdə bu cür hadisələr nadir hallarda baş verdiyindən, onların nəticələrini əvvəlcədən dəqiq şəkildə proqnozlaşdırmaq kifayət qədər çətindir:

Həmçinin oxuyun:

Kreml üçün kritik günlər başladı – Putin mühüm həmləyə hazırlaşır

“Əgər ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı hədələrini və mümkün sanksiya planlarını reallaşdırarsa, bu, qlobal neft bazarına ciddi və birbaşa təsir göstərə bilər. Belə bir ssenaridə neftin qiymətində kəskin artımın olması qaçınılmazdır. Çünki Rusiya dünyada neft ixracatında əsas oyunçulardan biridir və ona qarşı tətbiq ediləcək hər hansı iqtisadi və ya siyasi təzyiq bazarda qeyri-sabitliyə səbəb olacaq”.


Əkrəm Həsənov

Ə.Həsənovun sözlərinə görə, ABŞ iqtisadi siyasəti, xüsusən də enerji qiymətləri ilə bağlı mövqeyi daha çox sabitliyə və qiymətlərin nəzarətdə saxlanılmasına yönəlib:

“ABŞ üçün yüksək neft qiymətləri daxili inflyasiyanın artmasına və istehlakçı xərclərinin yüksəlməsinə səbəb ola bilər. Bu isə Tramp administrasiyasının maraqlarına ziddir. Fikrimcə, Trampın paralel şəkildə neft bazarında sabitliyi qorumağa yönəlmiş alternativ planı da var. Əks halda, belə riskli bir addıma getməsi rasional görünmür . Vəziyyətin gedişatı yaxın həftələrdə daha aydın olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri