Icma.az
close
up
RU
Rusiyaya nə olub?

Rusiyaya nə olub?

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük qlobal hadisələrin yaşandığı Çin raundunda Azərbaycan tərəfinin iştirakı heç kimdə yox, qonşu Rusiyada o qədər qıcıq doğurub ki, anlamaq mümkün deyil.

Rus mediası hesab edir ki, Rusiya Çin, Hindistan, Türkiyə, İran və Ermənistanla Avrasiyanın gələcəyini müəyyən edən sazişlərin bağlayıb.

Onlar xüsusi vurğularla qeyd edirlər ki, məhz Azərbaycan "pərdə arxası"nda qalıb.

Deməli, bununla yanaşı, rus mediası açıqlayıb ki, Surqutneftegaz rəhbərinin birinci müavini Anatoli Nuryayev təqaüdə çıxmağa hazırlaşır. Bu Bakı doğumlu şəxsin avtobioqrafiyasındakı uğur detalları o qədər qabardılıb ki, adam Rusiyanın dağ-mədən sənayesində və yaxın saəhələrdə Vahid Ələkbərovla yaradılan şərait nəticəsində yüksəlib və hətta rus dövlətinin ali mükafatlarına layiq görülüb.

Bununla nə mesaj verdiklərini anladıq.

İkinci mesajda deyilir ki, Azərbaycan özünü bütün dünyadan təcrid edir, lakin bu ona gətirib çıxarır ki, Qızıl Xaçın ofisi bağlanır, həbsdə olan erməni separatçıları, kukla prezidentlər və dövlət nazirləri istintaqa cəlb edilir. Azərbaycan film mərkəzlərinə rus dilli filmlərin payı 70-dən 30 faizə düşür. Bəs deməzsənmi ki, bu ölkədə rus dilini xarici dil olaraq öyrənən 800 min tələbənin hüququnu pozur. Rus dilini əvəz edən türk dilinin isə güclü təsiri yoxdur. Aşkar separatçılığa başlayıblarmış ki...

Üçüncü aspektə baxaq:

Rusiya mediası bütün itkilərin əvəzində, kompensasiya edəcək əsas məsələnin Hindistanla əməkdaşlıq olacağını bildirirlər. Modi bildirib ki, heç nəyə baxmayaraq, Hindistan rus neft və qazını, silahını alacaqmış. Rusiya isə əvəzində Hind dərmanı alacaq, onu komsik proqramlara cəlb edəcək,quru yolu boyunca logistik əlaqə quracaq. Yəni ruslar açıq şəkildə deyirlər ki, Şimal - Cənub nəqliyyat dəhlizinin qərb qolundan Azərbaycan üzərindən imtina edərək, Əfqanıstandan Hindistana gedən yola keçid etməyə üstünlük verəcəklərmiş.

Və guya bütün bunlar Əliyevin Putini tarixi saxtaladırmaqla bağlı ittihamından sonra başlanan dalğada səsləndirilir. Məhz buna görə guya "Terrorçu Pakistan"ın qardaşı Azərbaycana ŞƏT üzvlüyü üçün Hindistanın veto qoyması təbii imiş.

İndi gəlin bir neçə sual qoyaq:

1. Şimal- Cənub Dəhlizindən Rusiya imtina edə bilərmi?

2. Rusiya bu yoldan imtina edərsə, İrana neçə keçid əldə edəcək?

3. ŞƏT üzvlüklə bağlı veto ideyası əslində kimin idi?

4. Rusiyanı Azərbaycanın qərbdən uzaqlaşması (iddia onlara aiddir) niyə narahat edir?

5. Sərhədi olmayan Ermənistanla Rusiya Avrasiyanın gələcəyini necə qurmağı xəyal edir?

6. Rus dilinin rolunu niyə məhz separatçılığı tətikləməkdə vacib alət kimi görür?

7. Rusiya Əfqanıstandan keçməklə Hindistana neçə keçid edə bilər?

Əziz ƏLİBƏYLİ,

politoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri