Icma.az
close
up
RU
“Bütün yollar Romaya aparırdı… İndi isə....” Ekspert

“Bütün yollar Romaya aparırdı… İndi isə....” Ekspert

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Son illərdə beynəlxalq münasibətlər sistemində ciddi güc transformasiyası müşahidə olunur. Dünyada formalaşan yeni siyasi və iqtisadi balans artıq ənənəvi hegemonluq modelinin dəyişdiyini göstərir. Xüsusilə böyük dövlətlər arasında artan rəqabət qlobal təhlükəsizlik məsələlərini daha həssas mərhələyə daşıyıb. Ukrayna müharibəsi, Tayvan ətrafında gərginlik və Yaxın Şərqdə yaşanan proseslər yeni dünya nizamının hansı istiqamətdə formalaşacağı ilə bağlı müzakirələri daha da aktuallaşdırır. Bu fonda Çinin yüksələn təsiri və qlobal proseslərdə artan rolu beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib.

Maraqlıdır, ABŞ və Rusiyanın eyni vaxtda Çinlə yaxınlaşmaq cəhdləri fonunda Pekinin "çoxqütblü dünya" strategiyası qlobal güc balansını hansı istiqamətə dəyişə bilər və bu proses Tayvan, Ukrayna və İran kimi böhran ocaqlarında riskləri necə artırır və ya idarə edir?

Mövzu ilə bağlı Moderator.az-a Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl açıqlama verib. 

Ekspert bildirib ki, belə bir ifadə var: Bütün yollar Romaya aparır. Zamanında Roma imperiyası dünyanın ən güclü imperiyalarından biri olduğu üçün bu fikir formalaşmışdı:

"Bu gün isə qlobal siyasi mənzərəyə baxdıqda görürük ki, müəyyən mənada artıq bütün yollar Çinə aparır. Çünki dünyanın əsas gücləri olan ABŞ və Rusiya belə ardıcıl şəkildə Çinlə münasibətləri gücləndirməyə, onunla hesablaşmağa çalışırlar. Bunun əsas səbəbi Çinin iqtisadi baxımdan son dərəcə strateji və sürətli addımlar atmasıdır. Çin həm iqtisadi gücünü artırır, həm də beynəlxalq təsir imkanlarını genişləndirir. Bu səbəbdən uzun illər özünü qlobal hegemon hesab edən ABŞ belə artıq Çindən gələn iqtisadi təhlükəni və Pekinin artan üstünlüyünü açıq şəkildə görür. Qeyd etdiyiniz Ukrayna, İran, Hörmüz boğazı və Tayvan məsələlərində də Çin prosesləri daha çox öz maraqları istiqamətində yönləndirməyə çalışır.

Pekin istəyir ki, qlobal məsələlərdə onun mövqeyi nəzərə alınsın və beynəlxalq aktorlar Çinlə hesablaşmağa məcbur olsunlar. Məsələn, İran məsələsində ABŞ tam şəkildə təkbaşına hərəkət edə bilmir. Çünki İranın arxasında Çinin siyasi, iqtisadi və müəyyən mənada strateji dəstəyi dayanır. Bu səbəbdən Vaşinqton maksimum dərəcədə hesablanmış addımlar atmağa çalışır. Eyni vəziyyəti Rusiya-Ukrayna müharibəsində də görürük. Çinin iqtisadi və müəyyən qədər hərbi-siyasi dəstəyi hesabına Rusiya beşinci ildir müharibəni davam etdirə bilir".

İlham İsmayıl vurğulayıb ki, halbuki Rusiyanın qarşısında yalnız Ukrayna deyil, faktiki olaraq Avropa dövlətləri də dayanır:

"Bu gün çoxqütblü dünya nizamından danışırıqsa, artıq əvvəlki kimi yalnız bir qütbdən söhbət getmir. Əgər uzun illər qlobal güc balansında əsas və dominant qütb ABŞ idisə, hazırda faktiki olaraq ikinci böyük qütb kimi Çin çıxış edir. Üstəlik, Çinin potensialı ona gələcəkdə daha da güclənmək imkanı verir. Hesab edirəm ki, yeni dünya nizamının formalaşması prosesində əsas aktorlardan biri Amerika Birləşmiş Ştatlarıdırsa, digəri mütləq şəkildə Çindir. Və dünya dövlətləri artıq Çinlə hesablaşmağa məcburdurlar.

Tayvan, Ukrayna və İran kimi böhran ocaqlarında risklərin necə artdığı və ya idarə olunduğu məsələsinə gəlincə, burada böyük güclərin maraqları açıq şəkildə görünür. Əgər müəyyən mənada Ukrayna böhranında risk yaradan tərəflər ABŞ və Rusiyadırsa, Tayvan məsələsində əsas risk faktorlarından biri ABŞ-ın bölgədəki siyasətidir. İran və Ukrayna məsələlərində isə Çin, Rusiya və İranla paralel şəkildə hərəkət edir, proseslərə öz maraqları çərçivəsində təsir göstərməyə çalışır.

Əsas məsələ isə budur ki, bu risklər gələcəkdə böyük güclər arasında birbaşa qarşıdurma yarada bilərmi?

Məncə, Tayvan məsələsində belə bir risk daha yüksəkdir. Çünki burada Çin və ABŞ maraqları birbaşa toqquşur. Amma İran və Ukrayna məsələlərində yaxın perspektivdə birbaşa Çin–ABŞ qarşıdurmasının baş verəcəyi ehtimalı o qədər də yüksək görünmür”.

 Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 May 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri