Icma.az
close
up
RU
Rusiyaya qarşı vahid cəbhə dağılır

Rusiyaya qarşı vahid cəbhə dağılır

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi, üç ildir davam edən müharibə fonunda Qərbdən təcrid olunmuş Rusiya prezidenti Vladimir Putinə yeni imkanlar yaradıb. Artıq Ağ evin ABŞ-nın avtokratiyaya deyil, demokratiyaya dəstək verdiyinə dair iddiaları arxada qalıb. Vaşinqtonun avropalı müttəfiqləri ilə Rusiyaya qarşı vahid cəbhəsi də dağılır, Avropadakı müttəfiqlərin çoxu yeni Amerika administrasiyasının onları Moskvadan qoruyacağına, hətta Avropada qoşun saxlayacağına şübhə etməyə başlayıblar.
Reyting.az
xəbər verir ki, bunu “Nev York Times” nəşri yazıb.
Yaranmış vəziyyət Vladimir Putin üçün taleyin sürətli dəyişməsi deməkdir. Qəzet yazır ki, artan təzyiq və xərclərə baxmayaraq, o, döyüş meydanında möhkəmlənib və indi onun güc balansının Kremlin xeyrinə dəyişmək anının gəldiyinə inana bilər.
Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Rusiya üzrə analitiki Maks Berqmanın fikrincə, indi prezident Putin həm Ukraynadakı müharibədə qalib gəlmək, həm də ABŞ-ı təkcə Ukrayna deyil, Avropadan kənarda saxlamaq üçün real fürsət görür. Berqman deyir ki, Putinin “böyük məqsədi” NATO-nu məhv etməkdir və bu, onun Rusiyada hakimiyyətinin dörddəbir əsrində ən böyük imkanlarından birini təmsil edir.
Corc Buş administrasiyası dövründə Ağ evin Rusiya üzrə baş müşaviri olmuş Tomas Qrem isə düşünür ki, Trampın qayıdışı geosiyasi mənzərəni Putinin xeyrinə dəyişsə belə, hər şeyin yenə də sürətlə dəyişməsi mümkündür.
Qrem əlavə edib ki, müharibəyə son qoymaq üçün hər iki tərəf döyüşü dayandırmağa razı olmalıdır. Lakin Ukrayna və onun avropalı himayədarları çətin ki, ABŞ-nın təzyiqlərinə baxmayaraq, Trampın Putinlə bağladığı hər hansı razılaşma ilə razılaşsın: “Bu, Putin və Trampın oturub əsasən Putin tərəfindən hazırlanmış sənədi imzalamasından daha mürəkkəbdir”.
Qremin sözlərinə görə, danışıqlara başlayarkən Tramp əlavə çətinliklə üzləşir. Çünki Putin Amerika ictimaiyyəti arasında populyar fiqur deyil və Kremli razı salan hər hansı bir razılaşmanın Trampın ölkəsində əldə edilməsi çətin ola bilər.
Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas isə ABŞ-ı rus rəvayətlərini yaymaqda ittiham edərək bildirib ki, Donald Trampın administrasiyası Ukraynanı sərt tənqid etməklə Rusiyanın hiylələrinə uyur.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson isə qeyd edib ki, ABŞ-nın Ukraynanın guya başlanmış müharibəyə görə məsuliyyət daşıması ilə bağlı ritorikası iyrəncdir.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Fevral 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri