Rusiyaya qarşı XX sanksiya paketi bir aya qəbul edilə bilər
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) fevralın 24-nə - Rusiyanın Ukraynaya qarşı tam miqyaslı hərbi müdaxiləsinin dördüncü ildönümünə qədər Rusiyaya qarşı XX sanksiya paketini razılaşdırmağı və təsdiqləməyi hədəfləyir.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, proses hələ tamamlanmayıb, çünki bir çox təkliflər nəzərdən keçirilir, o cümlədən dəniz xidmətlərinə və lüks əşyaların ixracına qadağa və Rusiya gübrələrinin idxalına məhdudiyyətlər.
"Biz bunu fevralın 24-nə qədər tamamlamağa çalışırıq. Qeyd edilənlərdən əlavə, enerji sahəsində məhdudiyyətlərin tətbiqi üzrə təkliflər də var, bütün bunlar masa üzərindədir. Hələlik razılığa gəldiyimizi deyə bilmərəm, iş davam edir", - Kallas bildirib.
Ukraynanın Aİ-dən kredit vəsaitləri ilə silah alması məsələsinə toxunan Kaya Kallas qeyd edib ki, bunun üçün mərhələli üsul müəyyən edilib - silah alışı əvvəlcə Ukraynanın özündə və Avropada, daha sonra, ehtiyaclar ödənilməzsə, onların xaricində həyata keçiriləcək.
"Dünən Avropa müdafiə sənayesi nümayəndələri ilə görüşüm oldu və onlara çox aydın şəkildə bildirdim ki, əgər istehsalı artırmırsızsa və prosesləri sürətləndirmirsizsə, bu pulları itirə bilərsiniz. Ukraynanın təcili ehtiyacları birinci yerdədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 29 Yanvar 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















