Rusiyaya sığınan 2 azərbaycanlı ilə bağlı SON QƏRAR
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın Baş Prokurorluğunun vəsatətləri əsasında daha 2 təqsirləndirilən şəxs, Nahid Əlicanlı və Renad Orucov Rusiya Federasiyasından Azərbaycana ekstradisiya edilib.
"Yeni Sabah" xəbər verir ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Nahid Əlicanlı və Renad Orucovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub.
Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. pizza hut
Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub. Onlar istintaqdan yayınaraq gizləndikləri üçün dövlətlərarası axtarışa veriliblər.
Hər iki şəxs Rusiya Federasiyasının ərazisində saxlanılıb və Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.
Baxış sayı:133
Bu xəbər 04 Sentyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















