Rusiyaya və Belarusa gedənlər cəzalandırılacaq
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Litva Rusiya və Belarusa səfər edənlərə qarşı qadağalar tətbiq edəcək.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Litva Seymi milli sanksiyalar haqqında qanuna yaşayış icazəsi (RP) əsasında ölkədə yaşayan Rusiya vətəndaşları üçün tələbləri sərtləşdirən düzəlişlər qəbul edib.
Yeni qaydalara əsasən, 2025-ci il mayın 3-dən etibarən üç ay ərzində iki dəfə Rusiyaya və ya Belarusa səfər edən Rusiya vətəndaşları avtomatik olaraq Litvada yaşamaq hüququnu itirəcək.
Bəzi deputatlar bu qaydanın belaruslara da şamil edilməsini təklif etsələr də, müvafiq təşəbbüs dəstəklənməyib. Eyni zamanda, parlamentin böyük əksəriyyəti – 115 deputat əsas düzəlişin lehinə səs verib.
“AzPolitika.info”
Baxış sayı:63
Bu xəbər 18 Aprel 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















