Rusiyaya vizasız daxil olmaq üçün yeni tələb
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Xarici vətəndaşlardan Rusiyaya daxil olmaq üçün QR kodu tələb olunacaq.
Axar.az APA-ya istinadla xəbər verir ki, iyunun 30-dan etibarən Rusiyaya vizasız daxil olmaq üçün “Gosuslugi RuID” vasitəsilə əvvəlcədən QR kodu əldə etmək lazım olacaq.
Rusiyaya səyahətdən ən azı 3 gün əvvəl qeydiyyat tələb olunur: məlumatlarınızı, marşrutunuzu, səfər məqsədinizi daxil etməli və sənədləri yükləməlisiniz. Xarici Xarici vətəndaş fövqəladə hallarda girişdən 4 saat əvvəl qeydiyyatdan keçməlidir.
QR kod 90 gün ərzində etibarlıdır. Lakin bu əcnəbinin RF ərazisinə mütləq girişinə zəmanət vermir. Bununla bağlı qərar hələ də sərhədçilərin ixtiyarındadır. Bundan əlavə xarici vətəndaş sərhədi keçən zaman həmçinin biometrik məlumatları təqdim etməlidir.
İstisnalar Belarus vətəndaşları, diplomatlar və 6 yaşa qədər uşaqlar üçündür.
Pilot rejim 2026-cı ilin iyun ayına qədər davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 May 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















