Icma.az
close
up
RU
Ruslar indi daimi yaşamaq üçün Cinə köçürlər...

Ruslar indi daimi yaşamaq üçün Cinə köçürlər...

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Minlərlə rusiyalı sahibkar, həkim və mühəndis Çinə köçməyə başlayıb

...Son illərdə rusiyalı sahibkarlar, ixtisaslı mütəxəssislər, mühəndislər, həkimlər və hətta müəllimlər də daimi yaşamaq üçün Çinə köçməyə başlayıblar.

Maraqlıdır ki, miqrasiya yüksək əmək haqqı və daha yaxşı iqtisadi perspektivlərlə əlaqələndirilir.

Deyilənlərə görə, Rusiya Elmlər Akademiyasının Federal Tədqiqat Sosioloji Mərkəzinin tədqiqatçıları belə qənaətə gəliblər.

SİA-nın məlumatına görə, bu barədə “Nezavisimaya qazeta” yazır.

Sosioloqların fikrincə, Çinə gedənlər əsasən paytaxt regionlarının - Moskva və Sankt-Peterburqun sakinləridir. Bununla belə, rusların əhəmiyyətli bir hissəsi Sibir və Uzaq Şərqdən, xüsusən də Trans-Baykal diyarından, Buryatiyadan, İrkutsk vilayətindən, Krasnoyarskdan, Xabarovskdan və Primorsk ərazilərindən də miqrasiya edirlər.

Tədqiqatçılar hər il təxminən 11 min rusiyalının Çinə köçdüyü statistikaya istinad edirlər. 2020-ci ildə ölkə əhalisinin siyahıya alınmasına görə, 16 mindən çox rus Çində daimi yaşayır.

Bu arada rusiyalı ekspertlər, Çində rusların real sayının 40-50 min nəfər arasında ola biləcəyini ehtimal edirlər.

Tədqiqatçılar yazır ki, Çində daimi yaşayan ruslar böyük əmək bazarları olan böyük şəhərlərə meyl edirlər. Belə ki, Pekində 10 minə yaxın, Şanxayda 5-6 min, Harbin, Quançjou, Urumçi, Honq Konq və Makaonun hər birində 2-3 min nəfər yaşayır.

Sahibkarlar və yüksək ixtisaslı mütəxəssislərlə yanaşı, tələbələr və pensiyaçılar da Çinə gedirlər.

Deyilənlərə görə, tələbələr təhsil almağa, pensiyaçılar isə “qışlamağa” gedirlər.

Yəni Çində müxtəlif müddətlərdə mövsümi yaşayış üçün...

Lakin bəzən bu, miqrasiyanın daimi formalarına çevrilir, Bu Rusiya Elmlər Akademiyasının araşdırmasında deyilir.

Onu da deyirlər ki, pensiyaçılar Çinə əsasən Sibir və Uzaq Şərq regionlarından gedirlər.

...Bu gün, Çində 2,5 mindən çox rus millətinin nümayəndəsi də yaşayır, o cümlədən çinlilərlə nikahdan olan nəsillər... Onların əksəriyyəti Sintszyan-Uyğur Muxtar Rayonunun İli və Taçenq, Heilongjiang əyalətinin Poqraniçnoye və Daxili Monqolustan Muxtar Bölgəsindəki Eerqonq şəhərlərində yerləşirlər.

Sosioloqlar qeyd edirlər ki, rus volostu olan Enhe, titul milliyyətinin rus olduğu yerlərdə xüsusilə seçilir. Onların fikrincə, rusdilli icmalar Rusiya ilə Çin arasında “Rusiya maraqlarının kanalına çevrilə və dövlətlərarası münasibətlərin inkişafına töhfə verə bilərlər”.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Fevral 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri