Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ruslar Pitinin qərarına niyə qarşı çıxır? İlham İsmayıl yazır...

Ruslar Pitinin qərarına niyə qarşı çıxır? İlham İsmayıl yazır...

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk aylarında tam əminliklə olmasa da, insanlar güman edirdi ki, Rusiya cəmiyyəti, rus ziyalıları, hətta hərbiçiləri kütləvi şəkildə slavyan -provaslav qardaşlarına elan edilmiş bu motivasiyasız müharibənin əleyhinə çıxacaq, müharibəni dayandırmağı tələb edəcəklər. Üç ildən çox davam edən müharibəyə qarşı 146 milyonluq əhali içərisində 146 nəfərin açıq etirazının şahidi olmadıq. Tək-tək adamların etirazı yerindəcə boğuldu, səslərini çıxaran azsaylı adamlar isə adəti üzrə Rusiyadan qaçıb gedənlərdi. Amma, bu günlərdə teleqram kanallarda bir-birinin ardınca Putinin Ukrayna ilə bağlı verdiyi qərara qarşı etirazlar yayılır. Nədir bu etirazın mahiyyəti?

Deməli, fevralın 24-də Vladimir Putin “Rossiya” telekanalına müsahibəsində bəyan etdi ki, Moskva ABŞ-a nadir torpaq metallarının çıxarılması, eləcə də alüminium istehsalı sahəsində birgə iş təklif etməyə hazırdır. Yəni, Rusiya Federasiyasının başçısı amerikalılara müharibə zamanı ələ keçirdiyi torpaqların istismar edilməsini təklif edir. Putin rusiyalı jurnalistlərə:“..biz “yeni ərazilər” adlanan yerlərə xarici tərəfdaşları cəlb etməyə hazırıq. Orada da müəyyən ehtiyatlar var", - deyib.

Bu bəyanat Rusiya ictimai qruplarında hiddət fırtınasına səbəb olub. Putinin təkliflərinə ilk reaksiya verən rusiyalı müharibə müxbirləri oldu. Onlar 25 fevral 2025-ci ildə "Два майора” Teleqram kanalında  yazıb: "Düzünü desək, lənətə gəlmiş yankilərin Rusiyanın(?-red) təbii sərvətlərini oğurlamaq istəyinin faydalı əməkdaşlıq perspektivinə çevrildiyi anı qaçırdıq". Etiraz edənlərin qəzəbini anlamaq olar, çünki illərlə rusiyalıları Qərblə hədələyiblər ki, onlar Rusiyanın təbii sərvətlərini ələ keçirmək istəyirlər. Bəzi  “Z”hərbiçilərin də səsi mediada çıxmağa başlayıb. “Bunun üçünmü vuruşub torpaq aldıq”-deyə etiraz səsləri getdikcə artır. Görünür, elə bu səbəbdən Kreml öz jurnalistlərinə göstəriş verib ki, aranı sakitləşdirmək lazımdır. Məsələn, Kreml jurnalisti kimi tanınan Aleksandr Yunaşev:” Mən Putinin ABŞ-la nadir torpaq metallarının birgə işlənməsini nəzərdən keçirmək təklifi ilə bağlı ümidsiz əhval-ruhiyyəni müşahidə edirəm. Narahatedici məqamlar varmı? Mahiyyəti ilə bağlı hər hansı razılaşmalar varmı? Bəlkə məbləğlərin adı çəkilir? Şərtlər? Mən belə bir şey görməmişəm. Mən 15 ildir ki, prezidentin əhatəsində işləyirəm və deyə bilərəm ki, Putin açıq çıxışında nəsə “ötə” bilən adam deyil”, -deyə etiraz edənləri  sakitləşdirməyə çalışıb. Amma, sakitlik yaranmayıb, hətta “ Nakipelo”teleqram kanalında ona xatırladıblar ki, “iki il əvvəl Vladimir Putin öz müsahibələrində Ukraynaya hücumun əsas səbəblərindən biri kimi amerikalıların həm Ukrayna, həm də Rusiya resurslarına çıxışına imkan vermək istəməməsini göstərmişdi. İndi konsepsiya kökündən dəyişirmi? Ehtiyatları ucuz qiymətə ABŞ-a satır. Bizim oğlanlar nəyə görə həlak oldular?”

  Yazıda məqsədimiz Putinə qarşı etiraz başlamasını bildirmək deyil, nəyə etiraz edildiyinə diqqət çəkməkdir. Keçən yazılarımızın birində qeyd etmişdik ki, əsrlərdir Rusiyaya kimin rəhbərlik etməsindən asılı olmayarq, dövlət başçılarından tutmuş, sıravi vətəndalarına kimi Rusiya cəmiyyətinin təfəkküründə heç nə dəyişməyib. Rusiya cəmiyyətində imperiya təfəkkürü və “hər şey bizim olmalıdır, bizə məxsusdur” anlayışı da dəyişməyib. Slavyan, provaslav qardaşlarına qarşı aparılan müharibəyə deyil,  işğal etdikləri torpaqlardakı sərvətlərə kimisə şərik etməyə qarşı çıxırlar. Dünya hələ bu təfəkkürdən çox əziyyət çəkəcək.

 Moderator.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Fevral 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri