Ruslar təcili Cenevrəyə gedir, sülh imzalanacaq? Ryabkov amıqladı
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərinə yola düşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti fevralın 16-sı axşam saatlarında İsveçrəyə uçacaq. Onlara prezidentlərin Alyaskada keçirilən görüşündə razılaşdırılan çərçivəyə uyğun hərəkət etmək barədə dəqiq göstərişlər verilib.
Ryabkov bildirib ki, fevralın 17-də Cenevrədə danışıqların üçüncü raundu planlaşdırılır. Görüşün Rusiya-ABŞ-Ukrayna üçtərəfli formatında keçirilməsi nəzərdə tutulur. Diplomat müzakirələrin nəticələrini əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb.
Nazir müavini qeyd edib ki, mümkün razılaşmanın davamlı olması üçün münaqişənin əsas səbəblərinə aid məsələlər də həllini tapmalıdır. Onun sözlərinə görə, son dövrdə müxtəlif istiqamətlər üzrə intensiv müzakirələr aparılır və tərəflər konkret nəticələrə nail olmaq üçün maksimum səy göstərməyə çalışacaqlar.
Ryabkov əlavə edib ki, yekun nəticələr əvvəlcədən açıqlanmasa da, danışıqların əsas məqsədi uzunmüddətli və dayanıqlı razılaşmaya nail olmaqdır.
Əliyar Xəlil
Baxış sayı:137
Bu xəbər 16 Fevral 2026 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















