Icma.az
close
up
RU
“Rusları Azərbaycana gəlməyə qoymayaq” təklifinə deputatdan cavab: “Bir həddi var!”

“Rusları Azərbaycana gəlməyə qoymayaq” təklifinə deputatdan cavab: “Bir həddi var!”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son bir neçə gündə azərbaycanlı müğənnilərin Rusiyaya səfərləri maneələrlə qarşılanıb. Onları sadəcə Rusiyaya buraxmayıblar. Namiq Qaraçuxurlu, Şəbnəm Tapdıq... Artıq "Rusiya vətəndaşlarımıza belə məhdudiyyətlər tətbiq edirsə, Azərbaycanda da rusiyalıların ölkəyə girişinə məhdudiyyət qoyulmalıdır" təklifi səslənir.

“Mən bir az tolerant olmağı üstün tuturam. Məncə, bu barədə ciddi düşünməliyik və elə gəlir ki, müəyyən qədər ortaq məxrəcə gəlməyimiz vacibdir. İntriqaların yaranma zəmini var və artıq bu, bir tendensiya halını alıb. Bunu dana bilmərik.

İlk dəfə deputat Azər Badamov hava limanında saxlanılmış və geri qaytarılmışdı. O vaxt mən buna etirazımı bildirdim, çünki bu, həm millətimizə, həm də vətəndaşımıza qarşı düzgün münasibət deyildi”. Toyuqlu pizza

Bu sözləri “Yeni Sabah”a Milli Məclis üzvü Elnarə Akimova bildirib.

O, azərbaycanlıların Rusiya hava limanlarında qarşılaşdığı məhdudiyyətə münasibətini belə ifadə edib:

“Bu, artıq bir tendensiya halını alır. Prezident İlham Əliyevin son müsahibəsində səsləndirdiyi kimi, 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi faktı Rusiyada narazılıq doğurub və müəyyən fikirlərin irəli sürülməsinə səbəb olub. Məncə, bu, sadəcə Rusiyanın son illər Azərbaycanın hər bir addımında özünə qarşı düşmən mövqeyi axtarmasından irəli gəlir.

Səslənən fikirlərdə və atılan addımlarda özlərinə qarşı intriqa görməyə meyillidirlər. Halbuki bu, doğru yol deyil. Azərbaycan bütün ölkələrlə balanslı, harmoniyaya və qarşılıqlı etimada əsaslanan siyasət yürüdür. Amma təbii ki, bunun da bir həddi var.

Fikrimcə, Rusiya müəyyən məqamda dayanmağı bacarmalıdır. Azərbaycanın göstərdiyi səbir və qardaşlıq münasibətlərindən sui-istifadə edilməməlidir. Mən münasibətlərin tez bir zamanda korlanmasının tərəfdarı deyiləm. Ona görə də düşünürəm ki, hələlik bir qədər müşahidəçi mövqe tutmaq lazımdır ki, görək Rusiya bunu haraya qədər davam etdirəcək və əslində, nə istəyir”.

Deputat onu da qeyd edib ki, dövlətlərarası münasibətlərdə ziddiyyətlərə yol vermək düzgün deyil:

“Çünki burada həm xalqın maraqları, həm də insanların təhlükəsizliyi var. Digər tərəfdən, soydaşlarımız da orada yaşayır. Belə gərginliklər isə hər an alovlana bilər.

Buna görə də bir az tolerant olmaq, ortaq məxrəclərə gəlmək, dialoq aparmaq və fikir mübadiləsi etmək lazımdır. Ortaq yol tapılana qədər çalışmaq ən düzgün çıxış yoludur”.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri