Rusların komanda məntəqəsi “görünməz” dronla vuruldu
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Mariupol yaxınlığında rus ordusunun komanda məntəqəsi qəfil hücuma məruz qalıb. Belə hücumlar hər zaman olur, lakin bu, hücum tamam başqa idi.
Axar.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” kanalı hərbi mənbələrə istinadla məlıumat yayıb.
“Bu, dron hücumu idi. Amma bu, nə radarlarda qeydə alınıb, nə də səsi hiss olunmayıb. Zərbə ağrılı olub. Təəssüf ki, ölən zabitlər var”, - mənbə bildirib.
Məlumata görə, sözügedən komanda məntəqəsinə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Andrey Mordviçev gəlməli imiş. Lakin son anda plan dəyişib.
Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.

Baxmutda rusların komanda məntəqəsi vuruldu
04 May 2025 11:19
Rusların komanda məntəqəsi məhv edilib VİDEO
09 Aprel 2025 12:16
Rusların komanda müşahidə məntəqəsi vurulub Ciddi itkilərin olduğu deyilir
27 Mart 2025 19:38
Kurskda rusların komanda məntəqəsi vurulub VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
25 Dekabr 2024 17:31

