Icma.az
close
up
RU
Rüstəm Mürsəlov: Sədaqət, Şərəf və Vətənə Xidmət Turan Etibaroğlu yazır….

Rüstəm Mürsəlov: Sədaqət, Şərəf və Vətənə Xidmət Turan Etibaroğlu yazır….

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Turan Etibaroğlu yazır….

Azərbaycanın hərb tarixində elə adlar var ki, onların igidliyi, fədakarlığı və xidməti yalnız bir nəslin deyil, bütöv bir xalqın yaddaşına yazılır.Yazımın qəhramanı mərhum  polkovnik  Rüstəm Mürsəlov da məhz belə şəxsiyyətlərdən biridir – həm döyüş meydanında, həm də hərbi idarəçilik sahəsində misilsiz xidmətləri ilə seçilən bir qəhrəman.

1956-cı ilin isti yay günlərindən birində, Xaçmaz rayonunun Balaqusarqışlaq kəndində bir körpə dünyaya göz açdı. Həyat onu asan yolla deyil, çətin, lakin şərəfli bir tale ilə sınağa çəkəcəkdi. Məktəb illərindən çalışqanlığı və intizamı ilə seçilən Rüstəm 1973-cü ildə orta təhsilini tamamladıqdan sonra hərb yolunu seçdi. O, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Hərbi Universitetində və Yaroslavl Ali Hərbi Maliyyə Məktəbində aldığı təhsil sayəsində hərbi sahədə dərin biliklərə yiyələndi. Bu biliklər gələcəkdə onun təkcə silah meydanında deyil, həm də ordunun maliyyə sistemində reformalar həyata keçirən görkəmli zabitlərdən biri olmasına zəmin yaradacaqdı. Və gənc Rüstəm Mürsəlov zabit kimi SSRİ Silahlı Qüvvələrində xidmətə başladı. 1980-ci ildən etibarən müxtəlif hərbi birləşmələrdə, kiçik vəzifələrdən, böyük vəzifələrə qədər hətta ən mühüm maliyyə xidməti rəisi vəzifələrində çalışdı. Ancaq onun həyatı yalnız masa arxasında sənədlərlə deyil, eyni zamanda döyüş meydanında güllə yağışı altında yazıldı. 1984-cü ildə Əfqanıstanın qaynar cəbhələrində vuruşmağa yollandı. O, burada yalnız bir zabit kimi deyil, həm də cəsarətli bir döyüşçü kimi özünü sübut etdi. Əfqanıstan prezidenti tərəfindən onun xidmətlərini yüksək qiymətləndirərək xüsusi təltifə layiq görüb.  SSRİ rəhbərliyi tərəfindən də diqqətdən kənarda qalmadı. SSRİ Ali Soveti Rəyasət Heyəti ona “Beynəlxalqçı əsgər” döş nişanını təqdim etdi. Bu mükafat, yalnız müstəsna xidmətlər göstərmiş hərbçilərə verilirdi və Rüstəm Mürsəlov həmin nişanı alnının tərilə, igidliyi ilə qazanmışdı.

Əfqanıstan cəbhəsindən sağ-salamat qayıdan Mürsəlov üçün yeni bir müharibə başlayırdı – bu dəfə öz Vətəni, Azərbaycan uğrunda. 1991-ci ildə Qarabağ müharibəsi başladıqda o, tərəddüd etmədən doğma torpağına döndü. Bir əsgər və zabit üçün ən şərəfli yol Vətənə xidmət etməkdir. O, bu yolda yorulmadan çalışdı, Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi üçün bütün bilik və bacarıqlarını səfərbər etdi. Döyüş meydanındakı şücaəti ilə yanaşı, Rüstəm Mürsəlov Azərbaycan Ordusunun maliyyə sisteminin inkişafında da böyük rola malik idi. O, Azərbaycan Silahlı Qüvvələrinin maliyyə sisteminin qanunvericilik bazasının yaradılmasına töhfə verdi. Ordumuzun maliyyəsi ilə bağlı bir sıra dərslik, dərs vəsaitləri və elmi məqalələrin müəllifidir. Onun müəllifi olduğu dərsliklərdən bu gün də gənc zabitlərimiz öyrənir.

Eyni zamanda Rüstəm Mürsəlovun imzası olan qanunlar bu gün də hərbi sistemin əsas dayaqlarından biridir.

2005-ci ildə hərbi xidmətini başa vuraraq ehtiyata buraxılan polkovnik Rüstəm Mürsəlov, ömrünün sonrakı illərini vətənpərvərliyinə sadiq qalaraq müxtəlif mühüm dövlət və özəl qurumlarda çalışdı. “Azəroksigen” ASC-də və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində rəhbər vəzifələrdə çalışaraq dövlətinə xidmətini davam etdirdi. Onun əməyi, fədakarlığı dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, bir sıra orden və medallarla təltif olunmuşdu.

“Ölüm yalnız bədəni aparır, ruh əbədi qalır” deyib atalarımız. Şərəf və ləyaqətlə keçən bir ömür 2018-ci ilin 11 iyun günündə sona çatdı. Rüstəm Mürsəlov doğulduğu kənddə – Balaqusarqışlaq qəbiristanlığında torpağa tapşırıldı. Ancaq onun ruhu, ad-sanlı zabit obrazı və xidmətləri bu gün də Azərbaycan hərb tarixinin parlaq səhifələri arasında yaşayır. Və onun ruhu inanıram ki, şaddır. Ona görə ki,  1991-ci ildə Qarabağ üçün vuruşan Rüstəm Mürsəlovun övladları da ataları kimi bu mübarizəni davam etdirdi. Gənc zabit Mürsəlovlar 2020-ci ildə Vətən müharibəsindəki QƏLƏBƏMİZDƏ rol oynadılar.  Hazırda onlarda ataları kimi hərbi geyimlə Azərbaycan dövlətinə yorulmadan xidmət edirlər.

Rüstəm Mürsəlov yalnız bir insan deyil, həm də cəsarətin, fədakarlığın və Vətənə bağlılığın simvoludur. Onun keçdiyi yol gənc zabitlər və hərbçilər üçün bir məktəbdir – vətənə xidmətin, sədaqətin və şücaətin məktəbi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Mart 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see257

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see224

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see215

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see202

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see196

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see194

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see193

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see192

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see189

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see189

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see187

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see185

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see182

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see177

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see175

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see171

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see168

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see168

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri