Icma.az
close
up
RU
Vətənə sədaqət andı FOTO

Vətənə sədaqət andı FOTO

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

25 avqust şəhid Emil Qurbanovun doğum günüdür

Emil Vaqif oğlu Qurbanov İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan igidlərdəndir. İndi doğulub boya-başa çatdığı Lənkəranda adı çəkiləndə hamı qürur hissi keçirir. Emil şəhidlik zirvəsinə ucalanda ömrünün 40-cı ilini yaşayırdı. O, həyatını Vətəninə həsr edib bu işıqlı dünyadan getdi. Odur ki, nə qədər Azərbaycan var, Emil də ürəklərdə yaşayacaq.
Emil Qurbanov orta təhsilini başa vurub Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisası üzrə Lənkəran Dövlət Universitetinə qəbul olunur. Universiteti bitirdikdən sonra, Emil 2002-ci ildə ordu sıralarına yola düşür. Vətənini göz-bəbəyi kimi qoruyur, xidmət etdiyi hərbi hissədə son dərəcə mərd, cəsur, ağıllı, vətənpərvər bir gənc kimi tanınır. Baş leytenant rütbəsində ona həvalə olunan tağım komandiri vəzifəsini layiqincə yerinə yetirir. Tabeliyindəki əsgərlərə tələbkarlıqla yanaşmaqla bərabər, onlara böyük qardaş qayğısı göstərir.
Həqiqi hərbi xidmətdən sonra Emil Qurbanov Lənkəran Şəhərində Zirvə İdman Kompleksində baş məşqçi işləyir. Onun bütün arzularının zirvəsində vətənin, xalqının xoşbəxtliyi durur. Elə bu nəcib məqsəd naminə yaxşı idmançılar yetişdirməyə çalışır. Özü isə 2006-2007-ci illərdə Poverliftinq idman növü üzrə keçirilmiş yarışda 700 kq nəticədə 110 kq-lıq çəki ilə I yerə, 2008-ci ilin iyul ayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində keçirilən Bench Press üzrə 180kq nəticədə 110kq-lıq çəki ilə I yerə, həmin ilin noyabr ayında Uşaq Gənclər İdman Mərkəzində Milli Dirçəliş Gününə həsr olunmuş Yunan Roma güləşi üzrə keçirilən yarışda II yerə, Azərbaycan Respublikasının Kuboku Bench Press üzrə keçirilən yarışda 200 kq nəticədə 110 kq-lıq çəkidə II yerə, eləcə də 2011-ci ilin mart ayında Azərbaycan Gənc İdman növləri Benc Press üzrə 200 nəticədə 110 kiloluq çəki ilə I yerə, avqust ayında isə 210 kq nəticədə 110 kq çəkidə II yerə layiq görülür. Nailiyyətləri artdıqca Lənkəranda insanların ona ola məhəbbəti də çoxalır. 2012-ci ildə Emil Lənkəran şəhər 7 saylı tam orta məktəbdə hərbi müəllimi və təlim-tərbiyə üzrə direktorun müavini vəzifəsinə göndərilir. Burada da həvəslə çalışır, idmanda qazandığı uğurların sayı bilinmir.
Erməni işğalçıları ötən ilin sentyabrın 27-də Azərbaycan torpaqlarına təcavüz edəndə Emil könüllü torpağı qani ilə Vətən edən oğulların sırasına qoşulur və düşməndən öz intiqamını alana qədər vuruşacağına söz verir. Müharibə meydanında qəhrəman komandir Emil yağının başına od ələyir. Onun zərbi qarşısında tab gətirə bilməyən düşmən silah-sursatını atıb qaçır. Emil düşmənlərə qəbir qaza-qaza Qarabağın işğal altında olan yaşayış məntəqələrini, strateji yüksəklikləri alınmasında sözün əsl mənasında qəhrəmanlığı ilə tarix yazır. Yaxşı döyüşməklə bərabər, həm də dəfələrlə yaralı əsgərləri ağır döyüş meydanından çixarır. O, Cəbrayılın, Qubadlının alınmasında daha çox fədakarlıq göstərir. Özü şəhid olsa da, hünəri, şücaəti komandirlə çiyin-çiyinə döyüşən silahdaşlarını qələbəyə doğru aparır...
Şəhid baş leytenantın həyat yoldaşı Vüsala xanım deyir: - Emil ailəsinə bağlı olmaqla, Vətənini, xalqını da çox sevirdi. İdmanda qazandığı uğurlara görə ona bütün Lənkəran camaatı hörmətlə yanaşırdı. Emil isə əlinə silah alıb döyüş meydanında olmaq, düşmənlə üz-üzə gəlib onu əzmək arzusu ilə yaşayırdı... Arzusunu yerinə yetirdi. Əvvəllər onu mənim qədər sevən yox idi. İndi bütün Azərbaycan öz igid oğlu ilə fəxr edir. Onsuz çətindir mənə... Emilin ünvanına deyilən sözlər qəlbimi dağa döndərir. Emilin aldığı “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə “, “Qubadlının azad olunmasına görə” medallara baxanda həmişə onun nurlu siması gözlərimdə canlanır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri