Icma.az
close
up
RU
Polkovnik Rüstəm Mürsəlov: Vətənin sədaqətli oğlu

Polkovnik Rüstəm Mürsəlov: Vətənin sədaqətli oğlu

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Tarixin bütün dönəmlərində Azərbaycan oğulları öz qəhrəmanlıqları və göstərdikləri şücaətlə silinməz izlər buraxıblar.

"Cebheinfo.az"-ın məlumatına görə, onların hər birinin həyat yolu bir qəhrəmanlıq salnaməsi və gənc nəsillərə örnəkdir. 

Həmin qəhrəmanların varlığı yalnız öz ailələri və ətrafları üçün deyil, bütöv bir xalq üçün dəyərlidir. Onların mənalı ömür yolu bir missiyanın daşıyıcısı, əməlləri isə tarixə yazılan iz olur. Polkovnik Rüstəm Mürsəlov da məhz belə ömür yaşamış, öz fədakarlığı ilə Azərbaycanın hərb tarixinə silinməz iz qoymuş oğullardandır.

Rüstəm Mürsəlov 1 iyul 1956-cı ildə Xaçmaz rayonunun Balaqusarqışlaq kəndində dünyaya göz açıb. Rüstəm Mürsəlovun vətənə olan bağlılığı, əzmkarlığı və sədaqəti artıq uşaqlıq illərində ciddi şəkildə sezilib. Artıq məktəb illərindən başlayarq həyatda fəal mövqe tutmağa çalışıb, daim öyrənməyə can atıb, xalqına faydalı olacağı bir yol seçib.

1973-cü ildə orta məktəbi bitirdikdən sonra hərb sənətinə olan marağı onu Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetinin Maliyyə və İqtisadiyyat fakültəsinə aparıb. Bu, onun gələcəkdə Azərbaycan Ordusunun maliyyə sisteminin qurucularından birinə çevriləcəyinin ilk işartısı idi. 1976-1980-ci illərdə Yaroslavl Ali Hərbi Maliyyə Məktəbində təhsilini davam etdirib. O, artıq zabit olmaq yolunda uğurla addımlayırdı.

Rüstəm Mürsəlov 1980-ci ildən etibarən hərbi sahədə faliyyətə başlayır. Bu illər ərzində o, müxtəlif məsul vəzifələrdə çalışır. 1980-1983-cü illərdə tank alayının, 1983-1985-ci illərdə isə rabitə alayının maliyyə xidməti rəisi vəzifələrinə təyinat alır. Amma onu tarixin ən çətin sınaqlarından biri gözləyirdi - Əfqanıstan müharibəsi.

1984-1989-cu illərdə cəhənnəmi xatırladan o savaşın içində şərəfli döyüş yolu keçir. Rüstəm Mürsəlov bu çətin illərdə yalnız bir döyüşçü deyil, həm də güclü bir insan kimi yetişir. O, təkcə silahla deyil, hərbçi olaraq dərin bilik və idarəçilik qabiliyyəti ilə də seçilirdi.

1991-ci ildə Qarabağda müharibə başlayanda, Rüstəm Mürsəlov tərəddüdsüz vətənə döndü. Çünki artıq onun üçün təkcə xidmət etdiyi ordu yox, öz doğma torpağını qorumaq məsələsi ön planda idi. O, Azərbaycanın Müdafiə Nazirliyində maliyyə sisteminin qurulmasında aparıcı fiqurlardan birinə çevrildi.

Ümumilikdə Rüstəm Mürsəlovun Azərbaycan Silahlı Qüvvələrinin maliyyə sisteminin formalaşmasında xüsusi xidmətləri olub. 1992-2005-ci illərdə Azərbaycan Müdafiə Nazirliyinin maliyyə strukturlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb: şöbə rəisi, baş mühasib, qarnizonun maliyyə xidmətinin rəisi, maliyyə xidmət rəisinin müavini, maliyyə xidmət rəisi, maliyyə kafedrasının rəisi və inspektor.

O, təkcə maliyyə idarəçiliyi ilə məşğul olmayıb, eyni zamanda “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”nin hazırlanmasında iştirak edib. Onun sayəsində Azərbaycan Ordusunda zabit və əsgərlərin maliyyə təminatı daha sistemli və şəffaf qurulub.
Rüstəm Mürsəlovun əməyi heç vaxt diqqətdən kənarda qalmayıb.

O, illər ərzində göstərdiyi xidmətlərə görə yüksək hərbi rütbələrə layiq görülüb. Rütbələri vaxtından əvvəl verilib, çünki yalnız hərbi biliyi və səriştəsi ilə deyil, həm də fədakarlığı ilə seçilirdi.

Rüstəm Mürsəlova vaxtından əvvəl verilən hərbi rütbələr bunlardır:

- 16 iyul 1980-ci il - Leytenant
- 6 avqust 1982-ci il - Baş leytenant
- 7 avqust 1985-ci il - Kapitan 
- 9 sentyabr 1988-ci il - Mayor 
- 10 sentyabr 1992-ci il - Polkovnik-leytenant
- 22 dekabr 1994-cü il – Polkovnik.

Onun bu rütbələrə qısa müddətdə yüksəlməsi, Vətənə bağlılığının və xidmətindəki qüsursuzluğun sübutu idi.
Onun keçdiyi şərəfli yol müxtəlif mükafatlarla da dəyərləndirilib. Ən ağır döyüşlərdə iştirak etmiş, ən çətin qərarları qəbul etmiş polkovnik aşağıdakı medallarla təltif olunub:

- “SSRİ Silahlı Qüvvələrinin 70 illik yubileyi” medalı
- Əfqanıstan müharibəsi veteranı
- Qarabağ müharibəsi veteranı
- “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal
- “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal
- “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı.

Bu medallar onun ömür boyu göstərdiyi xidmətin sadəcə simvolik ifadəsi idi.

Rüstəm Mürsəlov 2005-ci ildə hərbi xidmətini başa vursa da, vətənə xidmətini dayandırmadı. “Azəroksigen” ASC-nin direktoru, daha sonra isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində mühafizənin komanda rəisi kimi fəaliyyət göstərdi.

11 iyun 2018-ci ildə  vəfat edən polkovnik  doğma torpağında – Xaçmazın Balaqusarqışlaq kənd qəbiristanlığında torpağa tapşırıldı.

Bu gün o, fiziki olaraq aramızda olmasa da, adı, fəaliyyəti, vətənə olan xidmətləri daim yaddaşlardadır. İki oğlu bu gün də atasının yolunu davam etdirərək zabit kimi xidmət edir. O, təkcə bir ata, bir hərbçi, bir insan deyil, həm də Azərbaycanın hərb tarixində iz qoymuş şəxslərdəndir.

Polkovnik Rüstəm Mürsəlov, sən bu torpaq üçün bacardığını etdin. Ruhun şad olsun!

Əhməd

“Cebheinfo.az”
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Mart 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see512

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see290

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see265

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see253

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see249

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see240

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see228

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see227

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?

22 İyun 2026 09:56see223

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

22 İyun 2026 18:01see214

Haaland üçün xüsusi plan yoxdur Seneqal Norveçi gözləyir

22 İyun 2026 01:33see211

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see205

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see203

Almaniyanın müdafiə naziri Hörmüz böhranına görə Trampı ittiham ETDİ

22 İyun 2026 00:02see192

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see187

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see167

Qaraciyər nəqli əməliyyatı keçirən aktyorun son halı FOTO

22 İyun 2026 22:45see166

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see165

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see162

Kollecə direktor təyin edildi

22 İyun 2026 10:15see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri