Icma.az
close
up
RU
Vətənə sədaqət və fədakarlıq nümunəsi

Vətənə sədaqət və fədakarlıq nümunəsi

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Koroğlu Rəhimovun xatirəsi daim qəlblərdədir...

İyulun 3-ü xalqımızın qəhrəmanlıq salnaməsində öz igidliyi, Vətənə sonsuz sədaqəti və döyüş meydanlarında nümayiş etdirdiyi misilsiz şücaəti ilə əbədi iz qoymuş Milli Qəhrəman Koroğlu Rəhimovun anım günüdür. Koroğlu Rəhimov Vətənə sonsuz məhəbbəti və torpaqlarımızın azadlığı uğrunda göstərdiyi misilsiz igidliyi ilə xalqımızın yaddaşında əbədi yaşayan qəhrəmanlardandır. Onun həyat yolu gənc nəslə vətənpərvərlik, cəsarət, mərdlik və fədakarlıq nümunəsi kimi bu gün də böyük hörmətlə xatırlanır.

31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1960-cı ildə Yaqublu kənd orta məktəbinə gedib. 1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçüb. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır.

Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazılıb. 1992-ci il 30 apreldə “N” saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başlayıb. 13 iyun 1992-ci ildə Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzib. Onlar 15 erməni yaraqlısını məhv edərək xeyli silah-sursat ələ keçiriblər. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv edib. 14 iyunda isə cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizləyiblər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizlənib. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv edib, xeyli silah-sursat ələ keçiriblər. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi. Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub.

Ailəli idi, üç övladı yadigar qalıb: Rəhimov Rəşad Koroğlu oğlu, Rəhimov Samir Koroğlu oğlu, Rəhimova Ülviyyə Koroğlu qızı.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakının küçələrindən birinə K.Rəhimovun adı verilib.

Koroğlu Rəhimov Vətənin taleyinin həll olunduğu ən çətin və məsuliyyətli dövrlərdə heç bir təhlükədən çəkinmədən ön cəbhədə döyüşərək, şəxsi mənafeyini deyil, xalqının gələcəyini və Azərbaycanın azadlığını hər şeydən üstün tutub. O, silahdaşlarına nümunə olub, göstərdiyi yüksək döyüş əzmi və sarsılmaz iradəsi ilə hərb tariximizdə adını qəhrəmanlıq nümunəsi kimi əbədiləşdirib.

Onun həyat yolu sübut edir ki, Vətən sevgisi yalnız sözlə ifadə olunan hiss deyil, əksinə, xalqın azadlığı və dövlətin müstəqilliyi naminə ən ağır sınaqlardan keçməyi, lazım gəldikdə isə bu müqəddəs amal uğrunda ən qiymətli nemət olan həyatdan belə tərəddüd etmədən keçməyi bacaran insanların mənəvi böyüklüyünü nümayiş etdirən ali dəyərdir. Məhz buna görə də Koroğlu Rəhimovun adı Azərbaycan tarixində əbədi yaşayacaq qəhrəmanlar sırasında xüsusi ehtiramla çəkilir.

Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini daim uca tutur, onların Vətən uğrunda göstərdikləri misilsiz xidmətləri heç zaman unutmur. Koroğlu Rəhimov kimi igidlərin ömür yolu isə gənclərimiz üçün Vətənə bağlılığın, cəsarətin, mərdliyin və milli-mənəvi dəyərlərə sədaqətin ən parlaq örnəyi olaraq gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri