Icma.az
close
up
RU
Rüşvət almaqda ittiham olunan Avropa Parlamentinin keçmiş üzvü azadlıqdan məhrum edilib

Rüşvət almaqda ittiham olunan Avropa Parlamentinin keçmiş üzvü azadlıqdan məhrum edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Brüssel, 21 noyabr, AZƏRTAC

Avropa Parlamentinin keçmiş üzvü, Böyük Britaniyanın Brexit Partiyasını təmsil etmiş Neitan Gill Rusiya ilə bağlı rüşvət qəbul etdiyinə görə 10 il yarım müddətinə azadlıqdan məhrum olunub.

AZƏRTAC xəbər verir ki, məhkəmə qərarına əsasən, Gill mandat daşıdığı dövrdə Rusiyanın maraqlarını müdafiə edən bəyanatlar vermək üçün pul alıb.

İstintaq zamanı 45 min avrodan çox vəsaitin Gillə Ukraynanın keçmiş deputatı və hazırda Moskvada olduğu güman edilən Oleq Voloşın tərəfindən göndərildiyi aşkar edilib. Məlum olub ki, sövdələşmələr vatsap yazışmalarında əksini tapıb.

Gill 2018-ci ilin dekabrından 2019-cu ilin iyulunadək olan dövrdə səkkiz epizod üzrə rüşvət aldığını etiraf edib. O, məsələnin motivi barədə açıqlama verməsə də, araşdırma orqanları onun həmin dövrdə maliyyə çətinliyi çəkdiyini ehtimal edir.

Siyasətçi əvvəllər UKIP-ın, daha sonra isə Brexit Partiyasının üzvü olub. Həmin dövrdə hər iki partiyaya Naycel Farac rəhbərlik edib. Gill 2014-cü ildə Avropa Parlamentində, həmçinin Uelsdə Faracın Reform UK partiyasının rəhbəri kimi fəaliyyət göstərib.

Böyük Britaniyanın Antiterror polisi aparılan araşdırma zamanı Gillin 2018–2020-ci illərdə Ukraynada anti-Rusiya media qurumlarını dəstəkləyən çıxışlar etməsi qarşılığında ödənişlər aldığını müəyyənləşdirib. O, 2021-ci ilin sentyabrında Mançester hava limanında saxlanılıb, telefonları və digər elektron cihazları müsadirə olunub.

İstintaq çərçivəsində məlum olub ki, Gill Voloşın vasitəsilə Ukrayna hökumətinə qarşı bəyanatlar yayıb, hətta 2019-cu ildə Avropa Parlamentində Kremlə yaxın ukraynalı siyasətçi Viktor Medvedçukun iştirakı ilə tədbir də təşkil edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri