Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ay satışını məhdudlaşdırdığı "Atasığorta" ASC-yə müvəqqəti inzibatçı təyin edib.
Yeniavaz.com xəbər verir ki, müvəqqəti inzibatçı nəzarət tədbirləri çərçivəsində şirkətin maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə təyin olunub.
Bildirilir ki, bu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir. Bu tədbirlər sığortalıların və kreditorların hüquqları qorunmasına xidmət edir.
Qeyd edək ki, “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir və “AtaHolding” daxildir. Onun nizamnamə kapitalı 15.95 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
Onu da bildirə ki, uzun illər mətbuatda “AtaHolding” şirkətinin 2022-ci ilin noyabr ayında İstanbulda vəfat edən sabiq vergilər naziri Fazil Məmmədova bağlı olması barədə məlumatlar yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















