Rütte NATO nun sülhməramlılarının Ukraynadakı misisyada iştirakı məsələsinə aydınlıq gətirib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“NATO Ukraynadakı sülhməramlı missiyada iştirak etməyəcək. Çünki bu addım sonradan alyansın nəzarətindəki ərazilərin müdafiəsinə təsir göstərə bilər”.
APA-nın məlumatına görə, bunu “nv.ua”ya müsahibəsində alyansın baş katibi Mark Rütte deyib. O əlavə edib ki, müttəfiqlər Ukraynada təhlükəsizliyin təminatı məsələsinə bir neçə fərqli variant təklif edir:
“Bu variantların reallaşması üçün ya atəşkəs, ya da sülh müqaviləsinin imzalanmasını gözləmək lazımdır. İndiki mərhələdə Böyük Britaniya və Fransa həmfikir dövlətlərlə birlikdə təhlükəsizlik zəmanəti üçün yollar axtarır. İtaliya tərəfi isə fərqli yanaşma təklif edir. Hesab edirəm ki, ən yaxşısı sülhün əldə olunmasını gözləmək və bu ideyaları daha da təkmilləşdirməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 05 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















