Icma.az
close
up
RU
Rutte Putini ələ saldı Rusiya sualtı qayığının nədən su üzünə çıxdığı açıqlandı

Rutte Putini ələ saldı Rusiya sualtı qayığının nədən su üzünə çıxdığı açıqlandı

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

NATO-nun Baş katibi Mark Rutte Kremli Avropa sahillərində xarab olan Rusiya sualtı qayığına görə ələ salıb. 

“AzPolitika” xəbər verir ki, “Euronews”-un məlumatına görə, Sloveniyadakı çıxışı zamanı Rutte Aralıq dənizində Rusiya hərbi donanmasının mövcudluğunun heçə endiyini və “yalnız bir sınıq sualtı qayığının qaldığını” bəyan edib.

"İndi mahiyyət etibarı ilə, Aralıq dənizində Rusiya donanmasının mövcudluğu demək olar ki, qalmayıb. Yalnız bircə patruldan evə axsaya-axsya qayıdan, sınıq-salxaq rus sualtı qayığından başqa". Rutte qeyd edib ki, indi həmin Rusiya sualtı qayığı “mexanik axtarışındadır”.

Sözügedən insident oktyabrın 9-da Fransanın Brittani bölgəsinin sahillərində baş verib. NATO Dəniz Komandanlığı qanadlı raketlər və nüvə silahları daşımağa qadir olan “Novorossiysk” sualtı qayığının su üzünə çıxdığını və daha sonra alyansın dəniz qüvvələrinin müşahidəsi altına alındığını bildirib.

Məlumata görə, sualtı qayığın su səthinə çıxmasına Aralıq dənizində patrul xidməti zamanı baş verən yanacaq sızması səbəb olub. “Novorossiysk” Qara dəniz və ya Suriyadakı limanlara yan ala bilmədiyindən Şimal və ya Baltik dənizlərindəki təmir bazasına yollanırmış. Lakin yolda texnki nasazlıq kritik həddə çatıb.

“VÇK-OGPU” kanalı isə qeyd edir ki, gəmidə nasazlıq hələ sentyabrın sonunda başlayıb. Yanacaq sisteminin zədələnməsi dizel yanacağının daxilə sızmasına səbəb olub və ekipaj problemi aradan qaldıra bilməyib. Kanalın məlumatına görə, partlayış təhlükəsi səbəbindən sualtı qayıq su səthinə çıxmağa məcbur olub və yanacağı birbaşa dənizə axıtmağa başlayıb.

Lakin Rusiya Qara Dəniz Donanması nasazlıq xəbərini təkzib edib. Donanmanın mətbuat xidməti ekipajın Aralıq dənizində missiyasını başa vurduqdan sonra guya “planlı donanmalararası tranzit” həyata keçirdiyini bildirib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri